Azərbaycan prezidenti “Şahdağ” turizm kompleksində olub Hadisə

Azərbaycan prezidenti “Şahdağ” turizm kompleksində olub

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Şahdağ" qış-yay turizm kompleksində olublar. Dövlət başçısı və xanımı "Park Chalet Shahdag" otelinin, həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışlarında iştirak ediblər.
Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsib. Sonra dövlət başçısı və xanımı otel nömrələri ilə tanış olublar. Otellə tanışlıqdan sonra prezident İlham Əliyev kollektivlə görüşüb.
Prezident və xanımı həmçinin "Şahdağ" qış-yay turizm kompleksinin 1 nömrəli kanat və xizək enişinin açılışında iştirak ediblər. Dövlət başçısı 1 nömrəli kanat yolunu işə salıb.
Dövlət başçısı və xanımı kanat yolunu sınaqdan keçiriblər.