Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
Yaponiya müxtəlif tipli dəniz dronlarının istehsalı və bazası üçün mərkəz yaradacaq
Əmtəə bazarlarında qızılın qiyməti yenidən 4 400 dollardan aşağı enib
Azərbaycan Dövlət Rəqs Ansamblı İsveçrədə festivalda çıxış edib
Yol polisi yeni tədris ilinin başlanılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
21 Aprel 2021 10:17
2 723
Bakıda yaşayış binasının damında gənc qızın meyitinin aşkar edilməsi ilə bağlı araşdırmalara başlanıb.
Trend-in məlumatına görə, hadisənin baş vermə səbəbləri ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırmalar aparılır. Gənc qızın ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.
Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.