Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
09:58
385
Yaponiya Müdafiə Nazirliyi Hirosima prefekturasındakı Kure limanında müxtəlif tipli suüstü və sualtı pilotsuz aparatların istehsalı və bazası üçün iri mərkəz yerləşdirmək niyyətindədir. Bu məqsədlə əvvəllər "Nippon Steel" metallurgiya korporasiyasının obyektlərinin tutduğu sənaye zonasından istifadə olunacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Kyodo" informasiya agentliyi məlumat yayıb.
Mərkəzdə ordu bölmələrinin yerləşdirilməsi nəzərdə tutulur. Bu torpaq sahəsinin təhvil verilməsi haqqında müqavilə artıq imzalanıb, sentyabrın 1-dən Müdafiə Nazirliyi dəniz dronlarının istehsalında maraqlı olan və müvafiq işləmələri bulunan özəl şirkətlərin obyektə cəlb edilməsi ilə bağlı danışıqlara başlayıb.
Mərkəzin praktiki olaraq yaradılmasına 2028-ci maliyyə ilində (2029-cu il martın 31-də başa çatır) başlanılacaq. Yaponiya Müdafiə Nazirliyi 2027-ci maliyyə ilindən dəniz pilotsuz aparatlarının, xüsusilə düşmən sualtı qayıqlarını ovlamaq və geniş spektri əhatə edən hədəflərə raket zərbələri endirmək üçün nəzərdə tutulmuş sualtı dronların işlənilməsinə başlamaq niyyətindədir.
Məryəm Quliyeva