Qənirə Paşayeva hökumətdən dəstək istədi Hadisə

Qənirə Paşayeva hökumətdən dəstək istədi

Tovuz kəndlərinin suvarılma rrobleminin həlli ilə bağlı

Millət vəkili Qənirə Paşayeva seçiciləriylə növbəti görüşü çərçivəsində Tovuz sakinlərinə suvarılma suyu ilə bağlı rroblemlərin həlli istiqamətində hökumətdən dəstək göstərilməsini xahiş edəcəyinə söz verib.
Millət vəkili Qənirə Paşayeva Tovuzda rayonun ən böyük kəndlərindən olan Düz Qırıqlıda kənd sakinləri ilə görüşüb, qayğı və rroblemləri ilə maraqlanıb. Bir çox xəstələrlə görüşən millət vəkili onların müalicələri ilə maraqlanıb. Sakinlər əsasən ünvanlı sosial yardım,kənd yolları, ön əsasda əkin suvarması suyu ilə bağlı təhcizatın daha da yaxşılaşdırılması, yeni artezian quyularına böyük ehtiyac və bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirərlər ararıblar. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Tovuzda əhali əsasən kənd təsərrüfatə ilə məşğul olur və əkinlərinin zamanında suvarıla bilməsi onlar üçün ən əsas məsələdir. Ötən ilin yayının quraqlıq olduğunu və insanların əkin sahələrinin suvarılmasından böyük əziyyət çəkdiyinin şahidi olduğunu deyən millət vəkili Qənirə Paşayeva sakinlərin bu illə bağlı narahatlığını çox yaxşı anladığını deyib. Cənab Prezidentimiz tərəfindən bu ilin Kənd Təsərrüfatı ili elan olunduğunu diqqət çəkən millət vəkili Qənirə Paşayeva dövlətin bu istiqamətdə insanlara dsətəcəyinin daha da aertacağını deyib. Kəndlərdə yeni artezian quzularının qazılması xahişi ilə bir millət vəkili olaraq Su və Meliorasiya naziri Əhməd Əhmədzadəyə müraciət etdiyini və Tovuzda son bir neçə ildə xeyli sayda artezian quyularının qazıldığını, amma yenə də təlabatın çox olduğunu deyən millət vəkili Qənirə Paşayeva bir neçə gün əvvəl Su və Meliorasiya naziri Əhməd Əhmədzadə ilə görüşdüyünü, bu məsələni onun diqqətinə çatdıraraq sakinlər və öz adından xahiş etdiyini deyib və bildirib ki, Bakıya döndükdən sonra nazirdən bu məsələnin qısa zamanda həlli üçün yenidən xahiş edəcək. Millət vəkili bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən rroblemlərlə də bağlı qeydlər arararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışıb, sualları cavablandırıb. Millət vəkili Qənirə Paşayeva kənd sakinlərini mənzillərini sığortalamağa və uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb.