“Normal vətəndaş öz dövlətinə müxalif ola bilməz” Hadisə

“Normal vətəndaş öz dövlətinə müxalif ola bilməz”

"Son aylar keçrilən iqtidar-müxalifət görüşlərinə verilən qiymət birmənalı deyil. Mən də daxil olmaqla çox sayda insan bu görüşləri təqdir etsə də, bəziləri bunu iqtidarın bir imitasiyası kimi dəyərləndirir və iştirak edən müxalifət təmsilşilərini aşağılayaraq "müxalifət" kimi təqdim edirlər. Bu insanların nəzərində özlərindən başqa həqiqi müxalifət yoxdur ". Bunu Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Billur Hümbətov deyib. Billur Hümbətov bildirib ki, normal vətəndaş öz dövlətinə müxalif ola bilməz: "Müxalifətin iqtidara və hökumətlərə, onların fəaliyyətlərinə fərqli yanaşmaları isə təbii qəbul olunmalıdır. Hər bir hakimiyyətin, hər bir şəxsin fəaliyyətində qüsurlar olur və müxalifətin də borcudur ki, həmin qüsurları, çatışmamazlıqları onların diqqətinə çatdırsın və onların aradan qaldırılmasını tələb etsin... Hakimiyyətdən kənarda durduqda radikal müxalifər iş alan kimi hakimiyyətin fəaliyyətini təqdir edirlər ki, bu da şəxsi maraqlardan irəli gəlir. Biz sözlə, istər müxalifətçi olaq, istərsə də iqtidarda təmsil olunaq, heç vaxt haqq-ədaləti yaddan çıxarmayaq. Çünki, Allahın əzabına tuş gələ bilərik. Mən özümü heç kimdən əskik müxalifətçi saymıram. Əgər kimsə haqqa müxalifətçiliyi real müxalifətçilik hesab edirsə, mən o sırada deyiləm".

Əli