"Trampın sazişini yerinə yetirməyə borclu deyilik" — İsraildən sərt reaksiya
Netanyahu Trampa Livandan qoşunlarını çıxarmayacağını bildirib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon buğda göndəriləcək
Azərbaycan nümayəndə heyəti İqlim Danışıqları üzrə Bonn sessiyasında iştirak edib
Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunnuş razılaşmanı alqışlayırıq
10 İyun 2021 12:20
1 946
10 iyun 2021-ci il saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılır.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması tədris ilinin yekunlaşması və ümumi təhsil müəssisələrində yekun qiymətləndirmə prosesi ilə bağlıdır.
Portalda mövcud sorğuların tamamlanması prosesi 17 iyun 2021-ci il tarixinədək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər. 17 iyun tarixindən isə proqram təminatı müvəqqəti olaraq dayandırılacaq.
Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.