Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsait artıb Hadisə

Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsait artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsaitin həcmi son bir ayda 748 155 manat artıb.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1 mart 2015-ci il tarixinə Fondun manat hesabındakı vəsait 61 653 116 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 dollar, Avro hesabındakı vəsait 593 Avro təşkil edib.
Fondun ABŞ dolları, Avro və Rus rublu ilə hesablarına son bir ildə vəsait daxil olmayıb.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb.
Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.