Metroda gediş haqqı artmayacaq Hadisə

Metroda gediş haqqı artmayacaq

Bakı metrosunda qiymət artımı olmayacaq.
Bunu APA TV-nin "Sosium" verilişində "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətini rəhbəri Nəsimi Paşayev deyib.
Nəsimi Paşayev bildirib ki, ümumiyyətlə metroda gediş haqqının qiyməti ilə bağlı məsələyə Tarif Şurası baxır və QSC bununla bağlı şuraya müraciət etmək niyyətində deyil.
"Məlumdur ki, bir sərnişinin daşınmasına çəkilən xərc onun ödədiyi gediş haqqından dəfələrlə çoxdur. Lakin buna baxmayaraq, hər il dövlət büdcəsindən "Bakı Metropoliteni" dotasiya alır və bu imkan verir ki, xərcləri ödəyək. Bununla yanaşı, manatın məzənnəsinin düşməsindən sonra söz-söhbətlər gəzməyə başladı ki, gediş haqları artacaq. Lakin biz bununla bağlı Tarif Şurasına müraciət etməmişik".