Heqset: ABŞ NATO ilə müdafiə xərclərinin artırılmasını müzakirə edəcək Dünya

Heqset: ABŞ NATO ilə müdafiə xərclərinin artırılmasını müzakirə edəcək

ABŞ müdafiə xərclərini artırmağın zəruriliyini NATO-dakı müttəfiqlərinə həm açıq şəkildə, həm də qapalı görüşlərdə çatdıracaq.

Xalqcebhesi.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset bəyan edib.

"Haaqa sammitində müdafiə sahəsində bir çox öhdəliklər götürülüb. Bir çox ölkələr onlara əməl edir, bəziləri isə daha çox iş görməlidir. Biz həm açıq şəkildə, həm də qapalı danışıqlarda bu barədə dürüst tərəf olacağıq", — deyə o, Brüsseldə jurnalistlərə bildirib.

Nazir vurğulayıb ki, ABŞ üçün "dostları ilə dürüst olmaq" və müdafiə xərclərinin artırılması zərurətini qeyd etmək vacibdir.

Pentaqon rəhbərinin sözlərinə görə, NATO yenidən "sərt xətt tərəfdarı olan əsl hərbi alyansa" çevrilməlidir. "Alyansın Baş katibi Mark Rütte 'NATO 3.0' versiyasına nail olmaq naminə bizimlə, ABŞ Prezidenti Donald Trampla və NATO ilə birlikdə inanılmaz bir iş görüb. Bu, Soyuq müharibədən sonra yaranmış reallıqların dərk edilməsidir. Sərt xətt tərəfdarı olan və qitədə real hərbi çəkindirmə imkanlarına malik əsl hərbi alyansa geri qayıtmaq lazımdır", — deyə Heqset qeyd edib.

Onun fikrincə, NATO Avropanın müdafiəsində "ənənəvi vasitələrlə" aparıcı rol oynamalıdır.

Məryəm Quliyeva