10:52
504
ABŞ və İran iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində sazişin icrasına dair ilkin danışıqlar keçirəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İsveçrə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
"Hazırkı plana əsasən, ABŞ və İran, eləcə də Pakistan, Qətər və digər iştirakçı ölkələrdən olan vasitəçilər sazişin icrası üzrə ilkin danışıqlar aparmaq üçün sabah Bürgenştokda bir araya gələcəklər. Görüşün qrafiki və təfərrüatları barədə hələlik əlavə məlumat yoxdur", — deyə qurumun bəyanatında bildirilir.
Məryəm Quliyeva