“Könüllülük fəaliyyəti gənclərin yetişməsinə dəstək verir” Gündəm

“Könüllülük fəaliyyəti gənclərin yetişməsinə dəstək verir”

“Könüllülük fəaliyyəti gənclərin özünü inkişaf etdirməsinə, məsuliyyətli və fəal vətəndaş kimi formalaşmasına mühüm töhfə verir. Bu fəaliyyətlər gənclərdə liderlik, ünsiyyət və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirir, onların sosial məsuliyyət hissini gücləndirir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında araşdırmaçı ekspert Məhbubə Mehdiyeva deyib.

M.Mehdiyeva qeyd edib ki, gənclərin faydalı işlərə cəlb olunması onların boş vaxtlarını səmərəli keçirməsinə və zərərli vərdişlərdən uzaq durmasına kömək edir: “Xüsusilə maarifləndirici tədbirlərdə və sosial layihələrdə iştirak edən gənclər sağlam həyat tərzini təbliğ edir, narkotik vasitələr, tütün və digər zərərli vərdişlərin fəsadları barədə yaşıdlarını məlumatlandırırlar. Bu baxımdan, könüllülük gənclərin həm cəmiyyətə faydalı olmasına, həm də sağlam düşüncəli, düzgün seçimlər edən fərdlər kimi yetişməsinə dəstək verir”.

Röya İsrafilova