“İncəsənət Bağı”nda xeyriyyə yarmarkası Hadisə

“İncəsənət Bağı”nda xeyriyyə yarmarkası

Tədbirdə 30-dan artıq ölkə nümayəndəsi iştirak edib

İçərişəhərdə II Xeyriyyə Yarmarkası keçirilib. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, "İncəsənət Bağı"nda baş tutan yarmarka Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərlərinin xanımlarının təşkilatı ("HOMS") tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunub.
İdarədən bildiriblər ki, tədbirdə 30-dan artıq ölkə nümayəndəsi iştirak edib, hər bir ölkənin milli sənətkarlıq nümunələri, əl işi suvenirləri və mətbəx nümunələrinin sərgi-satışı təşkil olunub. Tədbirdə həmçinin milli musiqi və rəqslər nümayiş olunub, qiymətli mükafatların oynanıldığı lotereya tirajı keçirilib. Əldə olunan mənfəətdən "HOMS"un Azərbaycanda dəstəklədiyi və qarşılıqlı əməkdaşlıq etdiyi bir sıra yerli xeyriyyə fondları və layihələrinin fəaliyyətinə yardım məqsədilə istifadə olunması nəzərdə tutulub.
Xeyriyyə aksiyası "Hyatt Regency Baku", "Qafqaz Resort", "Four Seasons Hotel Baku", "JW Marriott Absheron Baku", "Excelsior Hotel Baku", "Hotel Shahdag", "Jumeirah Bilgah Beach Hotel", "Kempinski Hotel Badamdar Baku" otellərinin, "Garage Iskender" restoranı, "British School In Baku", "Mozaik Printing", "Aquavita, Ronnefeldt Tea Company", "Buddha Bar" (Saffron Group), "Scalini", "Kontakt Home", "Coca-Cola" şirkətlərinin və Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə keçirilib.