Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Ailədaxili münaqişələr

Ailədaxili münaqişələr Hadisə

Ailədaxili münaqişələr

Psixoloq Elnur Rüstəmov: "Gənclərin evlənmədən əvvəl gözləntiləri olur, amma ailə qurduqdan sonra vəziyyət tamamilə dəyişir"
Ramil Nəcəfli: "Münaqişələrin yaranmasında kişilərin işsizliyi, qadının cəmiyyətdəki rolunun artması böyük rol oynayır"

İndiyə qədər ailələrdə, o cümlədən azərbaycanlı ailələrində əməyin ənənəvi bölgüsü aparılıb. Ər pul qazanır - arvad təsərrüfatla məşğul olur, ya da kişiyə kişi işi, qadına qadın işi tapılır. Kişilər bir çox hallarda etiraf edirlər ki, ev işləri və uşaqların tərbiyəsi ilə qadınlara nisbətən əhəmiyyətli dərəcədə az məşğul olurlar. Bu da öz növbəsində, ailədə gərginlik, münaqişələr yaradır. Ailə münaqişələri ən çox yayılmış formadır. Mütəxəssislərin rəyinə görə ailələrin 80-85 faizində münaqişələr, qalan 15-20 faizində isə müxtəlif səbəblərdən hərc-mərclik baş verir. Ailə münaqişələri - bir-birinə qarşı qoyulmuş meyllər və görüşlərin toqquşması əsasında ailə üzvləri arasında olan münaqişələr deməkdir. Onların belə münaqişələrin qarşısının alınması və həll edilməsi zamanı nəzərə alınması vacibdir. Ailə münaqişələri öz səbəblərinə görə fərqlənir. Onlardan əhəmiyyətlisi:
- ailə üzvlərinin fəallığının, özünüifadə etməsi azadlığının məhdudlaşdırılması;
- ailənin bir və ya bir neçə üzvünün davranışının qəbul edilmiş normalardan kənara çıxması (alkoqolizm, narkomaniya və b.);
- əks maraqların, meyllərin mövcudluğu, ailə üzvlərindən birinin tələbatlarının ödənilməsi imkanlarının məhdudluğu (onun özünün nöqteyi-nəzərindən);
- bütünlükdə ailədə qarşılıqlı münasibətlərin avtoritar, sərt tipi.
- çətin həll edilən maddi problemlərin mövcudluğu;
- ər-arvad münasibətlərinə qohumların avtoritar qarışması;
- nigahda partnyorların seksual disharmoniyası və s.
Kişi qadını cilovlamağı özünə vəzifə bildiyi ailədə mütləq sıxıntıda olacaq. Keçmişdə bu sayaq ailə rabitələrinin nümunəsi çox olub. Həmin ailələrdə kişi ailənin himayəçisi kimi yox, zalım hakim kimi tanınıb. Belə bir kişi üçün arvad-uşaq bir qul kimi idi. İndi də bəzi ailələrdə bu sayaq münasibətlə rastlaşırıq. Belə ailələrdə yalnız qeyd-şərtsiz itaət əsas dəyər sayılır. Ailədə kişiyə bu sayaq hərtərəfli, korkoranə və qulsayağı itaət mövcud olduqda onu, adətən, patriarxal adlandırırlar. Qadınla bu sayaq rəftar ilk növbədə ona sitəmkar baxışdan formalaşır. Keçmişdə bu münasibət o qədər sərt olub ki, hətta qadın özü də özünü dəyərsiz sayaraq, ər qarşısında hüquqlarını dərk etməyib. Qadına ifrat sərt münasibət "feminizm" adlı əks cərəyanın yaranmasına səbəb olub. Bu isə qadının kişi ilə tam bərabər olduğunu iddia edən ifrat bir cərəyandır. Qadına münasibətdə təhqiramiz təsəvvürə malik olmaq kişinin özünü üstün sayması ilə nəticələnir və bu ailə rabitələrinə çox mənfi təsir göstərir. Mütəxəssislər bildirir ki, nə qədər ki, bu sayaq düşüncə tərzi formalaşmayıb və kişi qadını özü ilə bərabər mövcud saymır, ailə münasibətləri tənzimlənməyəcək. Bu sayaq düşüncə tərzi ailə rabitələrinin sağlamlaşdırılması yolunda kişilərin atacağı ən zəruri addımdır. Yalnız bu yolla mərhəmət və sevgiyə nail olmaq mümkündür. Əgər qadınla kişi arasındakı rabitələr ədalət və bərabərliyə əsaslansa, tərəflərdən biri o birinə həqarətlə baxmasa, onlar aram bir həyat sürəcək. Bu o demək deyil ki, ailədə iş bölgüsü olmasın və hər kəs öz fitri və təbii xüsusiyyətlərinə uyğun məsuliyyət daşımasın. Uyğun düşüncə tərzi kişinin ailədə müdiriyyət məsuliyyətini azaltmır. Qadınla kişi arasında rabitənin əsasını anlaşma, qarşılıqlı ehtiram, bir sözlə, yoldaşlıq təşkil edir. Aydın məsələdir ki, yoldaşlıq və dostluq münasibətlərində bir tərəfin özünü üstün, qarşı tərəfi əskik sayması mümkün deyil. Dostluq varsa, tərəflər arasında qarşılıqlı ehtiram da var. Bir çox qərb psixoloqları qadınla kişi arasındakı fərqlərin siyahısını hazırlayıblar. Tanınmış Amerika psixoloqlarından olan professor Riq qısa bir cümlə ilə uyğun mövzunu belə xülasələşdirir: "Qadın dünyası kişi dünyasından tamamilə fərqlidir". Yəni bu iki cins bəzi məqamlarda fərqli düşünürsə, bunun səbəbi onların fərqli dünyalara malik olmasıdır. Uyğun fərqlər ikinci dərəcəli xüsusiyyətlərlə bağlı olduğundan, cinslərin birini o birindən üstün etmir. Allah bu cinslərdən birinin o birini tamamlaması üçün onları incə bir şəkildə fərqli yaradıb. Bu fərqlər yaranışın əsrarəngiz sirlərindəndir və varlıq aləminin idarəsində hikmət dolu bir iradədən danışır. Hər halda qadında onu kişidən üstün edəcək xüsusiyyətlər var. Kişidə də ona imtiyaz verən xüsusiyyət var. Hər bir tərəfin qarşı tərəfin xüsusiyyətləri ilə tanışlığı sağlam rabitələrin qurulması üçün zəruridir. Ailə rabitələrindəki bəzi ixtilafların səbəbi budur ki, kişi həyat yoldaşının onun kimi düşünməsini və ona məxsus maraqlara malik olmasını istəyir. Başqa sözlə, kişi umur ki, həyat yoldaşı qarşıya çıxan problemlərə onun gözü ilə baxsın. Belə bir istək isə təbii ki, təmin olunmur. Kişi yaddan çıxarır ki, qadın xilqət baxımından onunla bərabər olsa da, fərqli xüsusiyyətlərə malikdir. Qadının öz baxışı, meyilləri, həssaslıqları var. Qadının məsələlərə münasibəti kişidən fərqli də ola bilər. Əgər qarşılıqlı anlaşma məsələsinə qadın da kişi kimi baxarsa, xüsusi ilə ailə həyatının ilk illərində problemlər qaçılmazdır. Çünki həmin dövrdə tərəflərdən heç biri yetərli təcrübəyə malik olmur. Əslində onların məsələlərə fərqli münasibəti eyni bir giləmeyvəni müxtəlif millətlərin fərqli şəkildə adlandırmasıdır. Yəni problemin əsas səbəbi tərəflərin bir-birinin dünyasına yol tapmaması, ayrı-ayrı dildə danışmasıdır. Qadınla kişi arasındakı fitri və təbii fərqləri nəzərə almadıqda insanda mənfi təsəvvürlər yaranır, ərlə arvad problemlərlə üzləşir. İnsani münasibətlərdə fərdlərin bir-birini tanıması, qarşı tərəfin baxışlarından və meyillərindən xəbərdarlıq mühüm məsələdir. Bu məsələdən xəbərdarlıq mövcud rabitələri xeyli möhkəmləndirir. Ailə münasibətlərində də eyni qayda müşahidə olunur. Tərəflər təkcə bir-birlərinin əxlaq, düşüncə və şəxsiyyətlə bağlı xüsusiyyətləri ilə tanış olmamalı, həm də belə bir həqiqəti qəbul etməlidirlər ki, qadın və kişi psixoloji baxımdan fərqli varlıqlardır. Tərəflərin baxışlarındakı uyğunsuzluqlar ailə rabitələrinə əhəmiyyətli təsir göstərir. Uyğunusuzluqları nəzərə almaq, mövcud fərdləri tanımaq üçün yetərli səylər insanın qarşı tərəfdən anlaşılmasına səbəb olur və bir çox problemlər öz həllini tapır. Psixoloq Dəyanət Rzayev ailə daxil münaqişələrin artmasını buna qarşı tələb olunan həddə profilaktik tədbirinin həyata keçirilməməsi ilə bağlı olduğunu bidirdi: "Bu haqda maarifləndirmə işi kifayət qədər deyil. Yalnız kütləvi informasiya vasitələri bu işlə məşğul olur".
Psixoloq bundan başqa milli mentalitetin də ailədaxili zorakılıqda, cinayətlərdə müəyyən qədər rolunun olduğunu deyir: "Ola bilər ki, evlənən iki insan sonradan yola gedə bilməsin. Bir-birini anlaya bilməsin. Belə olan halda bəzən problemin həlli üçün boşanma ən yaxşı yoldur. Amma bizim milli mentalitet də buna yaxşı baxmır. Boşanma qeyri-adi qarşılanır və buna mənfi yanaşılır. Bəlkə də o insanlar boşansa, daha yaxşı olardı. Amma bədbəxt hadisə baş verəndən sonra təəssüflənirlər ki, kaş boşanaydılar. Bu məsələnin həlli üçün profilaktik tədbirlərlə, maarifləndirmə ilə xüsusi qurumlar məşğul olmalıdır? Hüquqşünas İradə Cavadovanın bildirdiyinə görə bir çox qətllər ailə münaqişəsi ucbatından baş verir: "...Bir qadın 5 il ərzində hüquq-mühafizə orqanlarına müracət edərək bildirib ki, əri tərəfindən təhqir olunur, ləyaqəti alçaldılır, əri daim sərxoş olur və onu hər gün döyür. Bu qadın əri tərəfindən döyülməsinə dözsə də, ərinin uşaqlarını döyməsinə dözməyib və onu qətlə yetirib. Bu hadisə məişət zorakılığı zəminində baş vermişdi. Lakin ortada insan faktoru vardı, qadının ləyaqəti alçaldılmışdı. İndi isə onun uşaqlarının ləyaqəti alçaldılırdı". Ailə münaqişələri, xüsusilə ər-arvad münaqişəsi təhlil edilərkən, ailənin inkişafında böhranlı dövrlərin nəzərə alınması vacibdir; ilk dövr ailə həyatının birinci ilində müşahidə edilir (nigahların ümumi sayının 30%-ini boşanma ehtimalı daşıyır), ikinci dövr uşaqların anadan olması ilə bağlıdır, uşağın anadan olması bir çox ailələr üçün ciddi sınaqdır. Ər-arvadın onların valideynlərinin görüşlərinin müxtəlif məsələlərdə qarşıdurması mümkündür, o cümlədən uşağın tərbiyəsində, üçüncü dövr ərarvadın orta yaş dövrünə təsadüf edir (birgə həyatda 10-15 il olması) bu dövr hisslərin məhdudluğu ilə xarakterizə edilir; dördüncü dövr ər-arvadın birgə yaşayışının 18-24-ci illərindən sonra yaranır.
Psixoloq Elnur Rüstəmovun sözlərinə görə ailədaxili konfliktlərin baş verməsinin əsas səbəbi tərəflərin nikaha girməmişdən əvvəl psixoloji testlərdən keçməməsidir. Bunun nəticəsidir ki, bu gün ailə münaqişəsi zəmnində baş verən xoşagəlməz hadisələrin də sayı artmaqdadır: "Gənclərin evlənmədən əvvəl gözləntiləri olur. Amma ailə qurduqdan sonra vəziyyət tamamilə dəyişir. Tərəflər testdən keçməlidirlər. Bunun üçün gənclərin qohumları da bu işdə maraqlı olmalıdırlar".
Sosioloq Rəşad Əsgərovun sözlərinə görə, yaşanan xoşagəlməz hadisələrin çoxu gənc ailələrdə baş verir. Buna səbəb son vaxtlar ailə-nikah münasibətlərinin düzgün qurulmaması, sosial problemlərin çoxalmasıdır. Gənclərin nikaha qədər hazırlıqlarının zəif olmasi, ailə institutları haqqında biliklərin olmaması və ailədə tərəflərin bir-birinə güzəştə getməmələri sonda ağır nəticələrə gətirib çıxarır.
"Çıxış Yolu" Psixoloji Yardım Mərkəzinin rəhbəri, psixoloq Ramil Nəcəfli bildirir ki, kişinin maddi və mənəvi funksiyasının yerinə yetirmə imkanının məhdudlaşması ailə münaqişələrinə yol açır: "Ailədaxili münaqişələrin yaranmasında kişilərin işsizliyi, qadının cəmiyyətdəki rolunun artması da böyük rol oynayır. Kişi artıq özünün maddi və mənəvi funksiyasının yerinə yetirə bilməyərək sosial statusunu itirir. Qadın məcburiyyət qarşısında işləyir. Cütlüklərin ailə həyatı qurmazdan öncə bir-birini yaxından tanıya bilməməsi də münaqişələrin yaranmasına səbəb olur. Bunun bir səbəbi də milli mentalitetimizdir. ".

Ülviyyə Tahirqızı