Həsən Zeynalov Əli bəy Hüseynzadənin qızına baş çəkib Hadisə

Həsən Zeynalov Əli bəy Hüseynzadənin qızına baş çəkib

Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr vermiş görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin Türkiyədə 150 illik yubileyinin qeyd edilməsi və xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu bir sıra tədbirlərin həyata keçirilməsini davam etdirir.
Baş Konsulluqdan APA-ya verilən məlumata görə, baş konsul Həsən Zeynalov Əli bəy Hüseynzadənin İstanbulda yaşayan qızı Feyzavər Alpsarla görüşüb. O, Azərbaycanın şərəfli oğullarından biri olan Əli bəy Hüseynzadənin 150 illik yubileyinin qeyd edilməsi barədə Azərbaycan prezidentinin sərəncam verdiyini bildirib, ölkədə və onun hüdudlarından kənarda bu məqsədlə yubiley tədbirlərinin təşkil ediləcəyini söyləyib.
Hazırda Əli bəy Hüseynzadənin məzarının abadlaşdırılması və ətrafının genişləndirilməsi istiqamətində Baş Konsulluq tərəfindən aidiyyəti qurumlarla danışıqlar aparılır.