Magistraturaya qeydiyyat müddəti dəyişdirildi Hadisə

Magistraturaya qeydiyyat müddəti dəyişdirildi

Azərbaycanın regionlarında yerləşən ali təhsil müəssisələrində yekun dövlət attestasiyası iyun ayında keçirildiyinə görə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyat müddəti dəyişdirilib.
Tələbə Qəbulu üzrə Qəbul Komissiyasınin mətbuat xidmətindən verilən xəbərə görə, həmin bakalavrların qeydiyyatı iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) aparılacaq. Bakalavrlar göstərilən müddətdə tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinin elan olunması və həmin yerlərə müsabiqənin keçirilməsi avqust ayında nəzərdə tutulur.