Nobel Sülh mükafatı Azərbaycana gələcək Hadisə

Nobel Sülh mükafatı Azərbaycana gələcək

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin Nobel Sülh Mükafatı laureatı Məhəmmd Yunusun dəvəti ilə 25-31 May 2015 tarixlərində Banqladeşə olan səfəri başa çatıb. Səfər çərçivəsində Cənab Mirzəyev Dakka şəhərində vətəndaş cəmiyyətinin bir sıra tanınmış şəxsləri ilə, hökumət rəsmiləriylə, iri media orqanlarının rəhbərləri, mikro maliyyə və sosial biznes sahəsində böyük uğurlar qazanmış təşkilatların tanınmış simaları ilə görüşüb. Beynəlxalq Yunus Mərkəzində, dünyanın 41 ölkəsində fəaliyyət göstərən, 5 mindən çox yerli bölməsi olan Gramen Bankın və Gramen İnam Fondunun təsisçisi, mikromaliyyənin və sosial mikrokreditləşmənin yaradıcısı, Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus və Yunus Mərkəzinin rəhbəri Lamiyə Morşidlə görüşən BAMF-ın sədri iki tərəfli əməkdaşlığın gücləndirilməsi, sosial biznes və davamlı inkişaf prioritetlərinin birgə əməkdaşlıq çərçivəsində inkişafı istiqamətində işgüzar müzakirələr aparıb. Sülh Mükafatı Laureatı Məhəmməd Yunus BAMF-ın vətəndaş cəmiyyəti sahəsindəki fəaliyyətini yüksək dəyərləndirdiyini və birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində sülh carçılarının səsinin önəmli olduğunu qeyd edən Umud Mirzəyev Beynəlxalq Yunus Mərkəzinin dünyada sülhün və davamlı inkişafın təbliği istiqamətində gördüyü işlərin əhəmiyyətini qeyd edib. Daha sonra Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus Beynəlxalq Avrasiya Mətbuat Fondu, Yunus Mərkəzi və Azərbaycanın, eləcə də post Sovet ölkələrinin aparıcı akademik mərkəzlərinin iştirakı ilə Bakıda Qlobal Sülh və Sosial Sammitin keçirilməsi və dünyaya birgə sülh mesajlarının verilməsini məqsədəuyğun hesab etdiyini bildirib. Bir saata yaxın davam edən görüşün sonunda birgə qərarlar qəbul olunub. BAMF Məhəmməd Yunusun bioqrafiyası və fəaliyyəti haqda yazılan, böyük oxucu kütləsinin rəğbətini qazanan kitabı Azərbaycana dilinə tərcümə edəcək . Qarşı tərəf isə Azərbaycana səfərin reallaşdırılması üçün ilkin proqramın hazırlanması istiqamətində razılığını bildirib. Daha sonra dünyanın 11 ölkəsində, Beynəlxlaq ASA (Ümid) təşkilatının rəhbəri Şafiqul Haqu Çoduri ilə görüşən Umud Mirzəyev Banqladeşdə qeyri hökumət təşkilatlarının kifayət qədər uğurlu və uzun bir yol keçdiyini, bu istiqamətdə Azərbaycanda da inkişafın sürətlə davam etdiyini bu baxımdan da ikitərəfli münasibətlərin qurulmasını, təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Cənab Çoduri təşkilatında 28 mindən çox insanın çalışdığını və dünyanın 11 ölkəsində bir milyard ABŞ dollarına yaxın büdcə ilə fəaliyyət göstərdiklərini qeyd edib. O, vətəndaş cəmiyyətinin inkişaf etdrilməsi, yoxsulluğun aradan qaldırılması, səhiyyə və təhsil sahələrində BAMF-la birgə əməkdaşlıq sayəsində ciddi nəticələr əldə olunacağını qeyd edib. "Çox az bir məbləğlə fəaliyyətə başlayaraq, Beynəlxalq ASA Holdinqinin, ASA Universitetinin və digər təsisatların qurucusu kimi deyə bilərəm ki, Azərbaycanın vətəndaş cəmiyyəti ilə əməkdaşlığa hər zaman açığıq" deyən Çoduri BAMF-ın fəaliyyət istiqamətlərinin olduqca maraqlı olduğunu və əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə inandığını söyləyib.