Əfqanıstan Bakı-Tiflis-Qars layihəsində maraq göstərir Hadisə

Əfqanıstan Bakı-Tiflis-Qars layihəsində maraq göstərir

Azərbaycan və Əfqanıstanın mövqeləri bir çox məsələlərdə üst-üstə düşür və Əfqanıstan hökuməti daim Bakını beynəlxalq təşkilatlarda dəstəkləyir. Bu barədə çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın xarici işlər naziri Zarar Əhməd Osmanla birgə brifinqdə bildirib.
Nazir deyib ki, iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir. Məmmədyarov bildirib ki, Əfqanıstan tərəfi Bakı-Tiflis-Qars layihəsində iştiraka və ondan istifadəyə böyük maraq göstərir.
Onun sözlərinə görə, NATO yüklərinin Əfqanıstandan Azərbaycan ərazisi vasitəsilə tranziti iki nazirin görüşü zamanı müzakirə mövzularından biri olub. Əfqanıstan XİN rəhbəri isə öz növbəsində Azərbaycanın terrorizmlə mübarizədə göstərdiyi səyləri və Əfqanıstanda sabitliyin bərpa olunmasında ölkənin verdiyi töhfəni də yüksək qiymətləndirib.