İbad Hüseynov: “Özü torpağı qoyub qaçar” Mədəniyyət

İbad Hüseynov: “Özü torpağı qoyub qaçar”

Qarabağ müharibəsində zəngin döyüş yolu keçmiş canlı qəhrəman İbad Hüseynov nələri etiraf etdi?

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "Qarabağ müharibəsi" iştirakçısı, "Azərbaycan Bayrağı Ordeni Kavaleri" və "Kəşfiyyat Diversiya Dəstəsi"nin komandiri İbad Hüseynov bu gün "Xəzər" telekanalında yayımlanan "Bizim gün" verlişinin qonağı olub. Canlı qəhrəman İbad Hüseynov studiyaya təşrif buyuran zaman onu ayağa qalxaraq qarşılayan xalq artisti Faiq Ağayevin bu jesti də nəzərimizdən qaçmayıb.
Qarabağ müharibəsində böyük döyüş yolu keçmiş İbad Hüseynov "qəhrəmanlıq nədir?" sualına özünə məxsus maraqlı cavabı ilə diqqət çəkib:
"Bizim xalqın psixologiyasında belə bir şey var ki, "qəhrəman elə ancaq döyüşdə, savaşda olmalıdır". Millətini, vətənini sevən hər kəs qəhrəmandır. Bizim savaşımız da məhz elə vətənpərlikdən başlayır. Çünki vətənpərvər olmasan, qəhrəman da ola bilməzsən. Mən sizi inandırım ki, vətənpərvər övladın qarşısında düşmən tab gətirə bilməz. Özü torpağı qoyub qaçar. Mən bunun şahidi olmuşam".