Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
31 Yanvar 2020 15:28
17 661
Bakı Marionet Teatrı fevral repertuarını açıqlayıb. Tamaşaçılar fevral ayı ərzində teatrın səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını izləyə biləcəklər. On iki pərdəlik səhnə əsəri fevralın 1, 8, 15, 22 və 29-da nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Tərlan Qorçu, quruluşçu rəssamları Elçin Məmmədov, Tərlan Qorçu, musiqi aranjimançısı Cavanşir Quliyev, kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslı, dekorasiya rəssamları Abbasəli Mustafayev, Elman Mirzəyev, Tərlan Qorçu, Zeynəb Kaadzedir.
Qeyd edək ki, “Arşın mal alan” Üzeyir Hacıbəylinin üçüncü və sonuncu operettasıdır. Dünya şöhrətli bu musiqili komediyanın süjeti məşhur xanəndə Məcid bəyin həqiqətən başına gəlmiş əhvalatdan götürülüb. Səhnə əsəri müxtəlif xarici ölkələrdə və dillərdə tamaşaya qoyularaq daim izləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Tamaşa Marionet Teatrında ilk dəfə 30 il bundan əvvəl səhnələşdirilib.
25 Sentyabr 17:16
735
25 Sentyabr 12:00
1 246
24 Sentyabr 22:46
931