Tehran Yaxın Şərqdə yeni təhlükəsizlik strukturu qurmaq istəyir
Çin XİN rəhbəri: İranın atom enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ var
ABŞ bəzi İraq rəsmilərini terrorçuları dəstəkləməkdə ittiham edib
Əraqçi: İran münaqişənin həlli üçün ABŞ ilə ədalətli saziş bağlamağa hazırdır
AMB sədri: "Bank BTB"nin depozit portfelinin böyük hissəsi ABB-yə ötürülüb
24 Fevral 2020 15:04
11 158
Əlilliyi olan və olmayan aktyorlar ibarət ilk inklüziv teatrı olan - ƏSA Teatrı “Paris partladı” tamaşasını təqdim edəcək. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşası martın 18-də S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.
“Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Səhnə əsərinin quruluşçu rejissoru Elşən Əsgərov, baş prodüseri Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadədir. Rollarda İmran Lalayev, Səmayə Ağayarova, Könül Şahbazova, Elsevər Rəhimov, Niyaz İlyasoğlu, Elvin Mirzəyev, Rafael Şahbəyli, Mehdi Cənnəti Fərd, Aysel Feziyeva, Fərid Əliyev, Günay Məmmədova, Bəhram Rəhimli, Orxan Əliyev və Cəmilə Məmmədli çıxış edəcəklər. Tamaşaya biletləri şəhərin bütün kassalarından, iTicket.Az onlayn bilet satış portalından, “Gənclik Mall” və “28 Mall” ticarət mərkəzlərindən, “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərsiniz.
5 May 12:39
1 365
5 May 12:38
1 456
5 May 10:47
1 897