“Maraqların toqquşması və onun həlli“ İqtisadiyyat

“Maraqların toqquşması və onun həlli“

Tural

Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, sentyabrın 22-də İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı "Maraqların toqquşması və onun həlli" mövzusunda təlim keçirilmişdir. Tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak etmişdir.
Təlimdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə maraqların toqquşmasının mahiyyəti və səbəbləri, onların həlli, maraqlar toqquşmasının qarşısının alınması üsulları barədə iştirakçılara məlumat vermişdir. Tədbir çərçivəsində maraqların toqquşması prosesində yaranan münasibətlərin tənzimlənməsinə dair mövcud qanunvericilik və beynəlxalq təcrübə barədə məlumat verilmiş, iştirakçıların sualları cavablandırılmışdır. Ümumilikdə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı 38 istiqaməti əhatə edən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Artıq 6 mövzu üzrə təlimlər keçirilmişdir.