“Hər zaman olduğu kimi bu gün də Azərbaycan Türkiyənin yanındadır” İqtisadiyyat

“Hər zaman olduğu kimi bu gün də Azərbaycan Türkiyənin yanındadır”

Aydın Hüseynov: "Rusiya ilə Azərbaycan arasında iqtisadi-siyasi münasibətlər çox dərindir"



"Azərbaycan 25 ildən artıqdır ki, erməni terrorizmindən əziyyət çəkir. Ermənilər doğma torpaqlarımızı işğal edib, dinc sakinlərə qarşı terror hadisələrini bu gün də davam etdirirlər. Dünya birliyi isə buna qarşı sakit davranır, ikili standartlar nümayiş etdirilir. Bu, qardaş ölkə olan Türkiyənin timsalında da açıq-aşkar görünür. Son bir ilə ard-arda baş verən terrorlar, İstanbulun mərkəzində, ölkənin ən iri şəhərinin hava limanında törədilən qanlı terrora da dünya ictimaiyyəti Belçika, Fransadakı kimi sərt müqavimət göstərmədi. Bu olanlar Azərbaycan xalqını da sarsıdır". Bunu deyən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, qardaşlığın və milli birliyin rəmzinə çevrilən Azərbaycanla Türkiyənin kədəri, qəmi, sevinci, bir olduğundan bəşəriyyətin qınadığı bu qanlı terror da Azərbaycan xalqının kədəri sayılır. O, deyib ki, Türkiyədə baş verən hadisələr, Azərbaycanın işğal olunmuş torpaqlarında erməni terrorizminin davam edən cinayətləri Azərbaycan və Türkiyənin, türk dünyasının gücündən qorxan bir sıra siyasi-hərbi qütblərin eksterimizmə verdiyi dəstəyin nəticəsi sayıla bilər: "Bu gün qloballaşan dünya düzənində türk dövlətləri geosiyasi-iqtisadi nüfuz mərkəzi kimi dünya xəritəsində strateji yer tutur. Azərbaycan və Türkiyənin genişqmiqyaslı layihələrin gerçəkləşrdirməsi, türk dövlətlərinin iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə birgə əlaqələrinin artması, yeni-yeni layihələrə imza atması onların nüfuzunu və mövqeyini gücləndirir. Türkiyə-Azərbaycanın birliyi, qüdrəti bir sıra siyasi qüvvələri, güc mərkəzlərini, iqtisadi və hərbi bürokratları narahat edir, onların bu və digər vasitələrlə siyasiləşmiş terror dəstələrinə dəstəyi artır. Bu siyasi və hərbi riyakarlığın, silahlanmanın ağır fəsadlarını isə hər iki qardaş ölkə yaşayır. Amma türk dünyasını, Azərbaycan və Türkiyənin bu cür təhdidlər, terrorçulara qarşı ikili standartlar nümayiş etdirməklə dünyada möhkəmlənən iqtisadi-siyasi-hərbi qüdrətini azaltmaq hec cür mümkün deyil. Türkiyə-Azərbaycan regionda sarsılmaz dostluq və qardaşlıq formatı yaradıblar. Dünyada terrorçulara qarşı ikili standartlar nümayiş etdirilsə də, iki qardaş ölkənin iqtisadi-siyasi-hərbi qüdrətini azaltmaq hec cür mümkün deyil. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi hər zaman olduğu kimi bu gün gün də Azərbaycan Türkiyənin yanındadır, Azərbaycan xalqı türk xalqının yanındadır. Biz yaxşı günlərdə də, pis günlərdə də daim bir yerdəyik. Çünki birliyimiz həm bugünkü əlaqələrimizi gücləndirir, həm də tarixi əsaslara söykənir". Bu münasibətlər konteksində Azərbaycanın ən yaxın qonşularından biri olan Rusiya ilə ölkəmiz arasında olan əlaqələrin durumuna gəlincə isə millət vəkili deyib ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi-siyasi münasibətlər çox dərindir. Millət vəkilinin dediyinə görə, hər iki ölkə regionda ən yaxşı strateji tərəfdaşlardandır. A. Hüseynov bildirib ki, bu iki ölkəni bir-birinə çox güclü fundamental siyasi-humanitar tellər bağlayır, mehriban qonşuluq və dostluq prinsipləri bu ölkələrin simvoludur: "Rusiya-Azərbaycan münasibətləri o qədər yüksək səviyyədə dinamik, ardıcıl, səmərəli şəkildə inkişaf edir ki, bir çox ölkələr buna həsəd aparır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi güclü siyasi dialoq və qəbul edilən qərarlar real səmərə verir: "Biz, hər iki tərəf, haqlı olaraq münasibətlərimizi strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk. Biz qonşuyuq. Biz həmişə mehriban qonşuluq və dostluq prinsipləri üzrə yaşamışıq. Biz əsrlər boyu birlikdə, yanaşı yaşamışıq və çox vacibdir ki, Azərbaycanın müstəqil dövlət kimi təşəkkül tapdığı dövrdə bu müsbət meyillər qorunub saxlanmış və artırılmışdır". Azərbaycan və Rusiya istər iqtisadi, istərsə də siyasi münasibətləri günü-gündən möhkəmləndirir. Ölkələr arasında mövcud olan əlaqələri bir sıra dövlətlər üçün gözəl örnək hesab etmək olar. İki dövlətin rəhbərlərinin görüşləri və danışıqları zamanı müəyyən edilən məqsədlər və əməkdaşlıq istiqamətləri müvafiq hökumətlərin, o cümlədən, iqtisadi idarəetmə orqanlarının fəaliyyətinin məzmununu təyin edir. Hər iki ölkənin dövlət başçılarının davamlı xarakter alan qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yeni təkan verib. Qarşılıqlı əlaqələri möhkəmləndirən digər bir detal isə tərəflərin bütün istiqamətlər üzrə müsbət dialoq içərisində olmasıdır. Demək, Rusiya ilə Azərbaycanı həm də oxşar maraqlar və ideyalar bir araya gətirir".