Azərbaycan media nümayəndələri Özbəkistanda Media üçün Kontent Hazırlama Mərkəzində olublar Hadisə

Azərbaycan media nümayəndələri Özbəkistanda Media üçün Kontent Hazırlama Mərkəzində olublar

Azərbaycan media nümayəndələri Özbəkistan Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Media üçün Kontent Hazırlama Mərkəzində olublar.

APA-nın Özbəkistana ezam olunmuş müxbiri xəbər verir ki, azərbaycanlı jurnalistlərə Mərkəzin fəaliyyəti və əsas iş istiqamətləri barədə məlumat verilib.

Bildirilib ki, Mərkəzdə media, sosial şəbəkələr və müxtəlif rəqəmsal platformalar üçün kontent hazırlanır, media sahəsinin inkişafına yönəlmiş dövlət layihələri həyata keçirilir.

Eyni zamanda, Mərkəzin jurnalistlərin peşəkar bacarıqlarının artırılması, müasir media alətlərindən istifadənin genişləndirilməsi və Özbəkistanın beynəlxalq informasiya məkanında tanıdılması istiqamətində fəaliyyəti barədə danışılıb.

Azərbaycan media nümayəndələri Mərkəzdə kontentin hazırlanması prosesi və yaradılan iş şəraiti ilə də tanış olublar.

Azərbaycan media nümayəndələri Özbəkistanda Media üçün Kontent Hazırlama Mərkəzində olublarAzərbaycan media nümayəndələri Özbəkistanda Media üçün Kontent Hazırlama Mərkəzində olublarAzərbaycan media nümayəndələri Özbəkistanda Media üçün Kontent Hazırlama Mərkəzində olublar