09:53
392
Rusiyalı insan hüquqları müdafiəçisi və bu yaxınlarda Duma seçkilərindən kənarlaşdırılmış "Yabloko" partiyasının sədr müavini Lev Şlosberq "saxta məlumat yaymaq və ordunun nüfuzuna xələl gətirmək" ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Ukrayna Radasının sabiq deputatı Artur Bilous deyib ki, artıq gənclik illərini geridə qoymuş 63 yaşlı bu şəxsə verilən hökmün absurdluğu heyrətamizdir.
"2022-ci ilin fevralında o, Britaniya jurnalının üz qabığında Mariupol şəhərində qana bulanmış bir qadının fonunda Vladimir Putinin kollajı və "Onun qanı – onun əli" yazısı əks olunmuşdu. Pskovdakı hakim bu hərəkəti ekstremizm, saxta məlumatların yayılması və Rusiya ordusunun nüfuzuna xələl gətirilməsi kimi qiymətləndirib – halbuki, hətta sırf hüquqi baxımdan yanaşdıqda belə, onun ittiham olunduğu qanun (sözügedən paylaşım edildikdən sonra qəbul olunub) geriyə şamil edilə bilməzdi" - o, deyib.
Onun fikrincə, bir tərəfdən, hazırkı hadisələr Rusiyadan gələn həyəcanverici bir siqnal rolunu oynayır. Orada təzyiqlər gücləndirilir ki, bu da yaxın gələcəkdə Ukrayna müharibəsinin təhlükəli şəkildə gərginləşəcəyindən xəbər verir:
"Digər tərəfdən, qədim Roma tarixçisi Tasitin yazdığı kimi: imperiya süquta nə qədər yaxınlaşırsa, qanunları bir o qədər absurd xarakter alır. Həmçinin, ən dərin qaranlıq həmişə dan yerinin sökülməsindən əvvəl olur. Əsas məsələ əjdaha ilə mübarizə apararkən özünün də əjdahaya çevrilməməsidir. Axı burada da rəqiblərinin dəmir barmaqlıqlar arxasına salınmasını istəyən kifayət qədər insan var.
Təəssüf ki, hakimiyyəti tənqid etməyə görə – guya Rusiya təcavüzünə haqq qazandırmaq bəhanəsi ilə – hətta məhkum edilmə halları da olub. Lakin Ukrayna Rusiya deyil!".
Cavid