10:00
315
“Trampın Hörmüz boğazını ABŞ ərazisi elan etmək barədə fikrinə ərazi iddiasından daha çox regiondakı güc balansını dəyişdirmək cəhdi kimi yanaşmaq olar”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.
Z.Qarayeva qeyd edib ki, Hörmüz dünya enerji daşımalarının ən strateji nöqtələrindən biridir və burada əsas məsələ boğazın hüquqi olaraq kimə məxsus olması deyil, onun təhlükəsizliyinə və gəmiçilik rejiminə kimin daha çox təsir göstərə bilməsidir: “ABŞ-nin boğazı öz ərazisinə qatması beynəlxalq hüquq baxımından real görünmür, lakin Vaşinqtonun hərbi-siyasi üstünlüyünü artıraraq burada faktiki əsas gücə çevrilməsi mümkündür. Bu ritorika eyni zamanda İranın illərdir Qərbə qarşı istifadə etdiyi Hörmüz kartını zəiflətmək məqsədi daşıyır. Yəni Trampın bəyanatında real görünən məqam sərhədlərin dəyişməsi deyil, İranın boğaz üzərindəki strateji təsir imkanlarının məhdudlaşdırılması və ABŞ-nin Körfəzdə çəkindirmə imkanlarının gücləndirilməsidir”.
Röya İsrafilova