Antiböhran konfransı Böyük İyirmiliyin siyahısında İqtisadiyyat

Antiböhran konfransı Böyük İyirmiliyin siyahısında

ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) Dünya Bankının illik yaz toplantısı çərçivəsində "Qlobal iqtisadiyyatın artımını canlandırmaq və dayanıqlığını formalaşdırmaq" mövzusunda II Ümumdünya Antiböhran Konfransının yardımçı tədbiri keçirilib. "Bretton-Vuds sisteminin Yenilənməsi Komitəsi" və "Avrasiya alimlərinin iqtisadi klubu" Assosiasiyası (AAİKA) tərəfindən Avstraliyanın G20-dəki (Böyük iyirmilikdəki) təmsilçiliyinin himayəsi altında reallaşan tədbirlə II Ümumdünya Antiböhran Konfransının Böyük İyirmiliyin rəsmi tədbirləri sırasına daxil olub. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fonduna "Avrasiya Alimlərinin İqtisadi Klubu Assosiasiyasının" media-koordinatoru Dodeşeva Ayqerim məlumat verib.
Tədbir, dünya iqtisadiyyatının artımının möhkəmləndirilməsinin balanslaşdırılması və stabilləşdirilməsinə, həmçinin BVF-nun ümumdünya maliyyə sistemində qarşılıqlı əlaqəli və qarşılıqlı asılı roluna və uzunmüddətli maliyyələşməsinin təmin olunmasına həsr olunub.
II Anti Böhran Konfransının yardımçı tədbirinin gedişində, AAİKA-nın vitse-prezidenti və Bretton Vuds sisteminin yenilənməsi Komitəsinin icraçı direktoru Mark Uzan iştirakçılara Ümumdünya Antiböhran layihəsinin konsepsiyasını təqdim edib. Bundan başqa, bütün iştirakçılar VII Astana İqtisadi Forumunda və II Antiböhran Konfransında, eləcə də Ümumdünya Antiböhran planı layihə konsepsiyasında iştirak etməyə dəvət olunublar.
Arayış: Bretton Vuds sisteminin yenilənməsi komitəsi 1944-cü ildə Meksika böhranından əvvəl təsis edilib. Bretton Vuds sisteminin yenilənməsi komitəsi - bazarla hökumət arasında müntəzəm dialoq aparan, maliyyə və antiböhran məsələləri üzrə intellektual mərkəzdir. Komitə mərkəzi banklarla, dünya dövlətlərinin maliyyə nazirliklərilə, həmçinin 1999-cu ildə yarandığı ilk andan etibarən Böyük İyirmilik ölkələri ilə əməkdaşlıq edir. Bretton Vuds Sisteminin yenilənməsi Komitəsi maraqlı tərəfləri bütün dünya üzrə forum və konfranslada iştirak etməyə cəlb edir, Böyük İyirmiliyin iqtisasdi məslələrə aid olan bir çox tədbirini təşkil edir.

XC