Türkiyə və Azərbaycan güzəştli ticarət sazişi imzalayacaq İqtisadiyyat

Türkiyə və Azərbaycan güzəştli ticarət sazişi imzalayacaq

Türkiyə və Azərbaycan güzəştli ticarət sazişi imzalayacaq. Bu sözləri Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin altıncı iclası çərçivəsində jurnalistlərə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.
Onun sözlərinə görə, hazırda güzəştli məhsulların siyahısının hazırlanması üzrə işlər gedir.
Nihat Zeybekçi deyib ki, sazişin imzalanması 2017-ci ilin birinci yarısında keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində gözlənilir.