“Pensiya islahatlarının müsbət nəticəsini görmürəm” İqtisadiyyat

“Pensiya islahatlarının müsbət nəticəsini görmürəm”

Azərbaycanda qadınlar və kişilərin pensiya yaş həddini eyniləşdirdik. Bu, dövlət büdcəsinə əlavə vəsait gətirdimi? Son 10 ildə yaşa görə pensiyaya çıxmanı iki dəfə dəyişmişik. Ölkədə pensiya islahatlarının müsbət nəticəsini görmürəm".
Bunu Milli Məclisin plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
O qeyd edib ki, pensiya sistemi haqqında qanuna yenidən baxmağa böyük ehtiyac var: "Təklif edirəm ki, pensiya yaşı məsələsinə çox ciddi baxılsın. Ölkələr var ki, orada bir işləyənə bir pensiyaçı, Azərbaycanda isə bir pensiyaçıya 3 nəfər işləyən düşür. Nəyə görə biz yaş həddini 65-ə qaldırmışıq? Bu məsələ qadınlar üçün isə heç başadüşülən deyil".