

21 Oktyabr 18:51
21 Oktyabr 15:49
Expressen: Zelenski böyük döyüş təyyarəsi ilə bağlı razılaşma əldə etmək üçün İsveçə uçub
Məktəblilər arasında “R.M.90” proqramlaşdırma müsabiqəsi keçirilib
Azərbaycan və Qazaxıstan arasında fiber-optik xəttin çəkilişinə görə müəssisə yaradılıb
Bu il Qarabağda su təsərrüfatına 44 mln. manatdan çox vəsait xərclənib
Moskvada “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov arasında görüş keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, görüşdə O.Belozyorov iki ölkənin dəmir yolları arasında əməkdaşlığın hazırkı vəziyyətindən danışıb, bu əlaqələrin müsbət dinamikasını qeyd edib. Beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinin gücləndirilməsinin mühüm vəzifələrdən biri olduğunu bildirən O.Belozyorov bu sahədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun əhəmiyyətini xüsusi vurğulayıb. Trans-Sibir magistralının potensialı ilə Bakı-Tbilisi-Qarsın “Şərq-Qərb” formatındakı imkanları arasında sinergiya layihəsi müzakirə edilib. Həmin layihənin inkişafı ilə bağlı bu ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” ikinci beynəlxalq konfransı çərçivəsində hər iki ölkənin dövlət başçılarından tövsiyələr alındığı bildirilib.
C.Qurbanov Rusiya Dəmir Yollarının rəhbərinə bu layihələr üzrə görülən işlər barədə məlumat verib, hər üç layihə üzrə fəaliyyətin uğurla davam etdiyini deyib. Görüş zamanı bu marşrutlar boyunca birgə inteqrasiya edilmiş logistika məhsulunun hazırlanması məqsədilə texniki, texnoloji və təşkilati məsələlər də müzakirə olunub. Layihələrin təşviqi məqsədilə sərgilər, konfranslar, brifinqlər və digər reklam xarakterli tədbirlərdə iştirak da daxil olmaqla, birgə fəaliyyət planı razılaşdırılıb. Bu cür tədbirlərin dekabrın sonunda Tokioda, yanvarın axırında isə Nyu-Dehlidə keçirilməsi nəzərdə tutulur.