Azərbaycanda verilən e-sağlamlıq kartlarının sayı artıb İqtisadiyyat

Azərbaycanda verilən e-sağlamlıq kartlarının sayı artıb

Azərbaycanda yeni doğulan körpələrin valideynlərinə verilən elektron sağlamlıq kartlarının (e-sağlamlıq) sayı ilin əvvəli ilə müqayisədə 0,1% artıb. Bunu "APA-Economics"ə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən deyiblər. Mərkəzdən bildirilib ki, bu ilin yanvar-mart aylarında verilən e-sağlamlıq kartlarının sayı 11 065 ədəd artaraq 13 893 876 ədəd təşkil edib. Bununla yanaşı, qeyd olunan dövr ərzində diabet xəstələrinə imtiyazlı olaraq 1 399 kart verilib. Bu kateqoriyaya daxil olan kartların ümumi sayı 114 340-a çatıb. Cari ilin ilk üç ayı ərzində tibbi müayinə keçirən xəstələrə (obliqat qrupuna aid olan vətəndaşlara) 5 933 kart verilib. Bu kateqoriyaya daxil olan xəstələrə isə ümumilikdə 389 257 e-kart verilib ki, bu da cari ilin əvvəlinin göstəricisini 1,5% üstələyir. Qeyd edək ki, elektron sağlamlıq kartları Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzində istehsal olunur və ambulator klinikalar vasitəsilə yeni doğulanların valideynlərinə, həmçinin tibb müəssisələrinin xəstələrinə pulsuz verilir.