Mütəxəssislər pandemiyadan sonra tələb olunan peşələri açıqlayıb İqtisadiyyat

Mütəxəssislər pandemiyadan sonra tələb olunan peşələri açıqlayıb

Koronavirus pandemiyası bitdikdən sonra ən çox tələb olan işçilər böhran əleyhinə məsləhətçilər, fərdi maliyyə məsləhətçiləri, proseslərin rəqəmsallaşdırma mütəxəssisləri, proqramçılar, SMM mütəxəssisləri və məzmun menecerləri olacaq.
"APA-Economics"in "Qazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Proqressiv Təhsil İnstitutunun apardığı araşdırmaların nəticələrində qeyd edilir.
İnstitut mütəxəssislərinin fikrincə, postpandemiya dövründə həmçinin çağrı mərkəzinin məsləhətçilərinə, onlayn mağazaların işçilərinə, kuryerlərə, sürücülərə və çatdırılma dispetçerlərinə tələbat artacaq.
İşçilərinin fəaliyyətini təşkil etmək məqsədilə işəgötürənlər vaxtın idarə edilməsi üzrə mütəxəssislərə ("time management") müraciət edəcəkləri gözlənilir.
Bundan başqa, onlayn həkimlər, psixoloqlar, məişət xidməti mütəxəssisləri – santexnik ustaları, mebel yığımı ilə məşğul olanlar və fotoqraflar aktual peşələrdən sayılacaq.