Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
5 May 2020 12:23
2 989
Bakı Fond Birjasında 2020-ci ilin yanvar-aprel ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 3 003 255 880 manat təşkil edib.
“APA-Economics”in BFB-yə istinadən verdiyi xəbərə görə, əməliyyatların həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 40% azalma müşahidə olunub.
Qeyd edək ki, 2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 5 033 626 126 olub.
Bu müddətdə dövlət qiymətli kağızlar bazarının həcmi 3 dəfəyə yaxın azalaraq 4 684 141 047 manatdan 1 601 542 951 manata enib.
Korporativ qiymətli kağızlar bazarının həcmi isə 8,4 dəfədən çox artaraq 105 366 983 manatdan 888 236 382 maata yüksəlib.
Məlumata əsasən, 2020-ci ilin yanvar-aprel ayları üzrə dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 293%, repo əməliyyatları üzrə isə 110% böyümə qeydə alınıb.
25 Sentyabr 18:39
623
25 Sentyabr 18:38
567
25 Sentyabr 17:34
581