Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
4 İyun 2020 18:17
5 656
yun ayının 1-dən etibarən bütün xidmətlər üzrə fəaliyyətə başlayan 3 saylı Bakı DOST Mərkəzində 1790 vətəndaş müraciəti qeydə alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, vətəndaşlara “bir pəncərə” prinsipi ilə 132 növdə xidmət göstərilib. Müraciətlərin əksəriyyəti - yəni 76,09%-i sosial müdafiə ilə bağlı olub. Məşğulluq ilə bağlı müraciətlər 17,26%, əlilliklə bağlı müraciətlər isə 4,86% təşkil edib. Q-Net elektron sorğu sistemi və DOST könüllülərinin fərdi sorğularına əsasən, xidmətlərdən yararlanan vətəndaşların məmnunluq səviyyəsi 95,84 faiz olaraq qeydə alınıb.
Xatırladaq ki, mayın 19-da Prezident İlham Əliyevin iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı baş tutub. Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərən Mərkəzdə vətəndaşlara “bir pəncərə” prinsipi ilə 132 növdə xidmət göstərilir. Mərkəzdə il ərzində 150 mindən artıq vətəndaş müraciəti gözlənilir.
25 Oktyabr 17:37
1 652
25 Oktyabr 14:18
1 890
25 Oktyabr 14:17
1 694