Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
Yaponiya müxtəlif tipli dəniz dronlarının istehsalı və bazası üçün mərkəz yaradacaq
Əmtəə bazarlarında qızılın qiyməti yenidən 4 400 dollardan aşağı enib
Azərbaycan Dövlət Rəqs Ansamblı İsveçrədə festivalda çıxış edib
Yol polisi yeni tədris ilinin başlanılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
9 İyul 2020 16:49
3 374
2020-ci ilin II rübü ərzində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 367 müraciətə baxılıb.
Nazirlikdən verilən məlumata görə, ümumilikdə isə 6 ay ərzində Texniki Şuralar tərəfindən 886 müraciət qəbul edilib. Bunlardan 885-nin icrası təmin edilib, 1 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən baxılmamış saxlanılıb.
Bu dövrdə sifarişçilər tərəfindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə edilmiş müraciətlərlə bağlı yaranmış şikayətlər Enerji Tənzimləmə və Monitorinq Departamenti tərəfindən müvafiq qaydada həll edilərək sahibkarların məmnunluğu təmin edilib.
Qeyd edək ki, hazırda “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 12 Texniki Şura fəaliyyət göstərir.