KİV: Benzin Avropa və MDB ölkələri arasında ən çox Azərbaycanda ucuzlaşıb İqtisadiyyat

KİV: Benzin Avropa və MDB ölkələri arasında ən çox Azərbaycanda ucuzlaşıb

Bu ilin birinci yarısında Avropa və MDB ölkələrinin böyük əksəriyyətində benzinin qiyməti 2019-cu illə müqayisədə düşüb. Maksimal azalma isə Azərbaycanda qeydə alınıb.

Belarus mətbuatının verdiyi məlumata görə, bu ilin birinci yarısında Azərbaycanda benzin 28% ucuzlaşıb.

“Avropanın əksər ölkələrində benzinin qiyməti 2020-ci ilin birinci yarısında düşsə də, Belarusda qiymət artımı qeydə alınıb”, - deyə məlumatda qeyd edilib.

Benzin qiymətində ən yüksək azalma templəri qeydə alınan ölkələr sırasında Ukrayna (15,4%) və Rumıniya da (14%) var.

Xatırladaq ki, bu ilin birinci yarısı ərzində Azərbaycanda “Aİ-95” (Premium) markalı benzinin qiyməti orta hesabla 0,3 manat enib (1,5 manatdan 1,2 manatadək).

Qeyd edək ki, sözügedən benzin markası ölkədə istehsal edilmir və ixrac olunur.