Azərbaycanda arı ailəsinin sayı artıb - RƏSMİ İqtisadiyyat

Azərbaycanda arı ailəsinin sayı artıb - RƏSMİ

Azərbaycanda arı ailəsinin sayı 500 minəcən artıb.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, ölkədə arıçılıq son illərdə sürətlə inkişaf edir:

"Son iki ildə arı ailələrinin sayı 270 mindən 500 minə kimi artıb. Bu çox gözəl tendensiyadır, burada tək arı istehsalının artmasından söhbət getmir. Arı ailəsi nə qədər çox olarsa, bir o qədər də ekolgiyaya müsbət təsrləri olar. Tozlanma artıqda meyvələr də çoxalır, bağ-baxçada çiçəklənmə artır. Biz hesab edirik ki, ölkdə hər hansısa aqrar sahədə inkişaf varsa, arıçılığın da orada rolu var. Arıçılığın inkişafı tək arıçılıq sahəsinə deyil, digər sahələrə də faydalıdır".

Sədr bildirib ki, bu il ötənlə nisbətən daha çox bal əldə ediləcəyi gözlənilir:

"Ötən il Azərbaycanda 6 min tona yaxın arı balı istehsal olundu. Bu il məhsldarlıq bol oldğundan düşnürük ki istehsalatda da artım olacaq".

B. Həsrətov əlavə edib ki, bəzi ölkələrə ixracatda problemlər yaranıb:

"Belə ki, Azərbaycan Yaponiyaya az da olsa 6-8 tona yaxın bal ixrac edirdi və bu sayı 100 tonacan artırmaq istəyirdik. Ancaq təəsüflər olsun ki, bəzi sənədlərə görə bu ixrac hələlik dayanıb".