Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dekabrın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,49% – 30,069.79 bəndədək, S&P 500 indeksi 0,19% – 3,691.96 bəndədək enib, Nasdaq indeksi isə 0,45% – 12,519.95 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında dekabrın 7-də FTSE 100 indeksi 0,08% – 6,555.39 bəndədək yüksəlib, Fransa CAC-40 indeksi 0,64% – 5,573.38 bəndədək, Almaniya DAX indeksi isə 0,21% – 13,271.00 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,52% artaraq 1 863 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,06% azalaraq 1,2112 dollar təşkil edib.