“Azərbaycan üçün ciddi təhlükə yoxdur” İqtisadiyyat

“Azərbaycan üçün ciddi təhlükə yoxdur”

Fikrət Yusifov: "Son onillikdə dünya bazarlarinda neftin qiymətləri bir neçə dəfə çox kəskin şəkildə dəyişib"

"Dünya bazarında neftin qiymətlərinin aşağı düşməsi, bütün neft ölkələrində olduğu kimi bizdə də müəyyən vəsaitlərin itirilməsi ilə nəticələnəcək. Lakin buna təbii baxmaq lazımdır". Bunu Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktiru, professor Fikrət Yusifov neftin qiyməti və dünya bazarında yaranmış vəziyyətin müvəqqəti xarakter daşıdığına dair fikirlərini açıqlayarkən deyib. Dövlətin bu günə mövcud olan valyuta-qızıl ehtyatları fonunda (70 milyard dollara yaxın) bu itkilərin Azərbaycan üçün ciddi təhlükəsinin olmadığını vurğulayan FikrətYusifov bu xüsusda səsləndirilən fərqli açıqlamalara da toxunub: "Bəzi "ekspertlər" həyəcan təbilini deyəsən yerə qoymaq fikrində deyillər. Neftin dünya bazarlarında qiymətlərinin aşağı düşməsinin ölkədə kütləvi kadr ixtisarlarına gətirib çıxaracağını deyənlərin, təhsil sistemində aparılan islahatlarla bağlı müəllimlərin sayında edilən ixtisarları neftin qiymətlərinin enməsi ilə birbaşa əlaqələndirənlərin hansı məntiqdən çıxış etməsi aydın deyil. Bəziləri isə daha irəli gedərək neftin qiymətlərində baş verən dəyişikliklərlə bağlı milli valyutamızın məzənnəsinin qorunub saxlanmasına Mərkəzi Bankın milyardlar xərclədiyini bəyan edir. Sual olunur: Bu müəlliflər milli valyutanın məzənnəsini saxlamaq üçün milyardların harada və necə xərcləndiyini deyə bilərlərmi? Anlamaq olmur ki, belə yersiz hay-küy kimə və nəyə lazımdır?"
Bəzi mütəxəsislər hesab edirlər ki, əgər qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiyada neft hasilatı kəskin azalarsa, bu hal sonda dünya bazarlarında neftin qiymətlərinin artmasına gətirib çıxara bilər. BİAB sədri bu fikirlərin təsadüfi omadığını qeyd edərək Rusiyanın hasilat imkanlarına diqqət yönəldib: "Rusiya kifayət qədər bpyük həcmdə neft hasil edən ölkədir. Gündəlik neft hasilatının həcminə görə Rusiya neft hasil edən ölkələr içərisində liderlərdən biridir. Digər tərəfdən, heç kim inanmasın ki, pula çox həris olan ərəb şeyxləri neftin satışından əldə etdikləri milyardlardan çox uzun müddətə imtina edəcəklər. İnanmıram ki, bu seyxlər Səudiyyə Ərəbistanında maya dəyəri təqribən 2 dollara başa gələn neftin bir barelinin 130-150 dollara satilması ilə 30-50 dollara satılmasının onlar üçün nə demək olduğunun fərqinə varmasınlar. Bir başqa amilsə ABŞ-ın maya dəyəri adi neftin maya dəyərindən kifayət qədər baha başa gələn şist neftin istehsalını artıqmağa yönəlmiş marağıdır. ABŞ-ın bu neftin hasilatından yaxşı qazanc əldə etməsinin hələlik yeganə yolu dünya bazarlarında neftin qiymətlərinin qalxmasıdır. Hesab edirəm ki, hazırda müşahidə etdiyimiz proseslər, dünya üzrə neft hasilatının həcmi və bir sıra digər siddi məqamlar əsas verir ki, gələn ilin ortalarından neftin bahalaşacağını deyə bilək. Zənnimcə qərb tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiyadan istədiyini hansısa formada alacaq və bundan sonra vəziyyət əvvəlki məcrasına qayıdacaq. Alternativ enerji mənbələrinin hələlik tam şəkildə ortaya çıxmadığı bir dövrdə iqtisadi inkişafın təmin edilməsində neftin rolu kifayət qədər böyük olaraq qalacaqdır. Onu da unutmayaq ki, son onillikdə dünya bazarlarinda neftin qiymətləri bir neçə dəfə çox kəskin şəkildə dəyişib".

Əli