Neftin ucuzlaşması davam edir İqtisadiyyat

Neftin ucuzlaşması davam edir

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,20 dollar ucuzlaşaraq 1 barelə görə 54,73 dollar təşkil edib. "APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,77 dollar ucuzlaşaraq 59,24 dollar olub.