TAP-la indiyədək 2 mlrd. kubmetrdən çox qaz nəql edilib İqtisadiyyat

TAP-la indiyədək 2 mlrd. kubmetrdən çox qaz nəql edilib

Azərbaycan qazını Avropaya çatdıran Trans Adriatik Boru Kəmərlə (TAP) istifadəyə veriləndən 2 mlrd. kubmetrdən artıq qaz nəql edilib.

"APA-Economics"in TAP konsorsiumuna istinadən verdiyiməlumata görə, bu barədə TAP-ın icraçı direktoru Luka Şiyeppati (Luca Schieppati) bildirib.

Onun sözlərinə görə, TAP kəmərinin işlədiyi 4,5 ay ərzində təhlükəsiz və etibarlı nəqletmə xidmətləri göstərilib.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.