“ Azərbaycan beynəlxalq ictimaiyyətə öz görünüşü üçün daha effektiv addımlar atacaq ” Müsahibə

“ Azərbaycan beynəlxalq ictimaiyyətə öz görünüşü üçün daha effektiv addımlar atacaq ”

Fabrizio Napoli: "İpək Yolu boyunca biz bir-birimizi həmişə yaxşı başa düşmüşük, bunun davam etməməsi üçün bir səbəb yoxdur"

Xəbər verildiyi kimi, Diaspor Jurnalistləri Birliyi "Azərbaycanın xaricdəki əcnəbi dostları" layihəsini həyata keçirir. Məqsəd əcnəbi dövlət və ictimai xadimlərlə münasibətlərin yaradılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Əsas hədəflərdən biri də xaricdə Azərbaycana diqqətin daha da artırılmasıdır. Layihə çərçivəsində DJB tərəfindən Azərbaycana rəğbəti olan siyasətçi, jurnalist, yazıçı və s. nüfuzlu şəxslərdən müsahibələr hazırlanır. Layihə çərçivəsində növbəti müsahib İtaliyanın "Gazoweb" agentliyinin rəhbəri Fabrizio Napolidir. London və Romada yerləşən şirkətlərə, dövlət təşkilatlarına, məktəb və universitetlərə veb-dizayn, marketinq xidmətləri təklif edən agentliyin əsasını qoyan Fabrizio Napoli, eyni zamanda musiqiçi və həvəskar səyahətçidir. Onun əsas arzu və planlarından biri Azərbaycana gəlmək və virtual dünyada ölkəmizin təbliğatını aparmaqdır.

-Azərbaycanın hansı əsas xüsusiyyəti sizə bu torpağı sevdirir?

- Məni heyrətləndirən, o qədər də böyük olmayan bu ərazidə olan məftunedici landşaft dəyişkənliyi və tarixi abidələr oldu. Gündəmdə olan iqtisadiyyat və ictimai inkişafın çiçəklənməsi ilə qarışıq bu gözqamaşdıran təbii və mədəni irs, mənim kimi Avropa adamını belə məftun edir. Görünür ki, Azərbaycanın bugünkü həyat tərzi Asiya dinamikası ilə maraqlı qatışımı, mədəniyyətinin özünəməxsus şəkildə qorunub saxlaması ayıqlığı, əksər Avropa Aralıq dənizi ölkələri etdiyi tərzdədir. Məncə, bu xüsusiyyətlər, hətta qısa bir vaxt ərzində hər hansı bir ziyarətçiyə unikal və intensiv səyahət təcrübəsi əldəetmə imkanı yaradır.

- Nə vaxtsa bura gəlib reportaj hazırlamaq fikrində olmusuz?

Əlbəttə. Yorulmaz bir səyahətçi olaraq, jurnalist kimi də olmasa, mən özümün xaricdəki təcrübələrim barəsində tez-tez yazıram və əlbəttə, Azərbaycan növbəti dayanacağımdır. Öz şəxsi gündəliyimdə daha çox bu ölkənin torpağının və gözəlliyinin beynəlxalq tutumunu görmək istərdim və düşünürəm ki, Azərbaycan beynəlxalq ictimaiyyətə öz görünüşü üçün daha effektiv addımlar atacaq. Amma onu deməliyəm ki, internetdə Azərbaycan haqqında məlumat əldə etmək üçün görkəmli resurslar lazım olduğundan çox azdır.

- Nə vaxtsa İtaliya mediasına məqalə təqdim etmək istəmisiz?

- 2013-cü il mən səyahətçi bloqlarına və genişmiqyaslı jurnallara Livan səyahəti barəsində xəbər vermişəm. Lakin çox az maraq göstərildi, əsasən çap etməkdən imtina etdilər. Ümumiyyətlə, İtaliyanın beynəlxalq əhatə mədəniyyəti çox kasıbdır və yaxın gələcəkdə bunun yaxşıya doğru dəyişməsi məni təəccübləndirir. Lakin gənc nəsillər ənənəvi mediadan yan keçərək onlayn platformalarda və şəbəkələrdə digər mədəniyyətləri daha tez araşdırma aparıb tapırlar.

- Azərbaycanda kimləri tanıyırsız?

- Azərbaycandan İtaliyada ən çox birinci xanımı Mehriban Əliyeva tanınır. İtaliyada mədəni abidələrin qorunub saxlanılması və digər başqa təhsil proqramları ilə əlaqədar layihələrdə mənim şəxsən onun özü ilə görüşmək şansım olub. Qaldı ki Azərbaycanın mədəni irsinə, mən hələ də düşünürəm ki, xanım Əliyevanın cəhdləri onun geniş əhatəli missiyasından bəhrələnəcək.

- Bizim ölkə ilə əlaqəli hər hansı bir layihə həyata keçirmək niyyətiniz var?

- Daha əvvəl qeyd etdiyim kimi, Azərbaycanı bütövlükdə tanımaq üçün ilk öncə oranı ziyarət etməliyəm. Layiq olduğu vizuallığı və etdiyi inkişafı, Avropada olmasa belə, ən azından İtaliyada bu ölkəni təqdim etmək üçün yenə də mən istərdim ki, Azərbaycan rəsmilərini daha yaxşı onlayn iştirakını yaratmalarını nəzərə almaları üçün həvəsləndirmək imkanım olsun. Düşünürəm ki, cəmiyyət münasibətləri baxımından İtaliyada Azərbaycanın xarici siyasəti və bir çox mədəni proqramlara olan marağı bəzi hallarda lazımı nəzəri əldə edə bilmir. Rəsmi və düzgün tərtib olunmuş onlayn iştirak ölkənin daha dolğun təsəvvürünü yaradacaq və səyahət imkanlarına təkan verəcək. İpək Yolu boyunca biz bir-birimizi həmişə yaxşı başa düşmüşük, bunun davam etməməsi üçün bir səbəb yoxdur.

Əli