Popov Minsk qrupunun mahiyyətini açdı Siyasət

Popov Minsk qrupunun mahiyyətini açdı

"ABŞ vә Fransadan olan hәmkarlarımızla beynəlxalq mәsәlәlərlə bağlı fikir ayrılığımız var, amma Dağlıq Qarabağ mәsәlәsindә fikrimiz birdir"

Dünən "Dağlıq Qarabağın azәrbaycanlı icması" İctimai Birliyindә ATӘT-in Minsk qrupunun hәmsәdrlәri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa), İqor Popov (Rusiya) vә ATƏTsədrinin fәaliyyәtdә olan sәdrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklә görüş keçirilib.
Rusiyalı hәmsәdr İqor Popov bu görüşün çox faydalı olduğunu deyib: "Bu gün regiona sәfәrimiz başa çatır. Ermәnistanda siyasi proseslәlәri, tәmas xәttindә gәrginliyin artması, humanitar әmәkdaşlığın formalaşması mәsәlәlərini müzakirә etdik. Biz tezliklə prezidentlәrin görüşünün keçirilmәsinә ümid edirik".
Ceyms Uorlik çıxışında bildirib ki, son 20 ilin azərbaycanlı icma üçün hәddindәn artıq çәtin keçdiyi barədə məlumatlıdırlar: "Ötәn dәfә Bakıda olanda mәcburi köçkünlәrlә görüşdük. Ailәdә olduq, onların öz vәtәnlәrinә necә qayıtmaq istәdiklәrini gördük. Bu görüş bizi çox tәsirlәndirdi. İrәvanda da dediyim kimi, qaçqın problemi hәll olmadan, onlar öz torpaqlarına qayıtmadan, hәrtәrәfli hәllә nail olmaq mümkün deyil. Biz bunu prezidentlәrlә, nazirlәrlә görüşlәrdә də qeyd edirik. Biz görüşlәrdә xalq diplomatiyası mәsәlәsini dә qaldırırıq. Hesab edirik ki, bu çox vacib mәsәlәdir".
Fransalı hәmsәdr Pyer Andryu bildirib ki, bu münaqişәsinin həllində qaçqın faktorunin vacibliyi anlayırlar: "Biz hәr dәfә görüşәndә bu mәsәlәni müzakirә edirik. Biz BQXK ilә görüşlәrdә Qarabağ müharibәsindә ölәnlәrin müәyyәblәşdirilmәsi barәdә dә tәşәbbüs irәli sürmüşük. Bu proses hәm Azәrbaycanda, hәm dә Ermәnistanda gedir".

Uorliksayağı nostalji

ATӘT-in Minsk Qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik isə görüş iştirakçılarında nostalji hisslər oyatmağa çalışıb: "Mәn bilirәm ki, siz Dağlıq Qarabağda ermәnilәrlә birlikdә yaşadığınız günlәri xatırlayırsınız".
O bildirib ki, gәnc nәslin digәr tәrәfi tanımaq, onlar haqqında mәlumat әldә etmәk şansı olmayıb: "Bizim mәqsәdlәrimizdәn biri belә informasiyaları hәr iki tәrәfә tәqdim etmәkdir. Biz hәr iki tәrәfdә hәqiqәtәn sülh istәyәn yaxşı insanlarla tanış olduq. Onlar tәhlükәsiz şәkildә yaşamaq istәyirlәr. Azәrbaycanı düşmәn hesab etmәyәn ernәnilәrlә dә tanış olduq. Münaqişәnin sülh yolu ilә hәllini tapmaq bizim ümumi işimizdәn asılıdır. Bizim ümumi vәzifәlәrimizdәn biri tәrәflәrin yaxınlaşması, etimad tәdbirlәrinin güclәndirilmәsidir".

Sizin eviniz yanmayıb...

Xocalıdan olan millәt vәkili Elman Mәmmәdov həmsədrlərin nağılvari mülahizələrinə sərt cavab verib. Millət vəkili onların çox arxayın damışdıqlarını deyib: "Siz arxayın danışırsınız. Çünki eviniz yanmayıb, torpağının işğal olmayıb. Dağlıq Qarabağ sakinlәri isə 20 ildәn artıqdır, öz torpaqlarına qayıda bilmirlər".

Elman Məmmədov bildirib ki, o vә onun kimi digәr mәcburi köçkünlәr həmsədrlərin 20 ildәki fәaliyyәtindәn narazıdırlar: "Bu müddәtdә nә 1 sm torpaq işğaldan azad olunub, nә dә bir insan öz torpağına qayıdıb. Bu o demәkdir ki, sizin fәaliyyәtiniz sәmәrәsizdir. Siz özünüz dә bilirsiniz ki, bu belədir. İnanmıram ki, sizin faliyyәt nәticәsindә bu mәsәlә hәll olacaq. Sәbәb dә odur ki, sizin dövlәtlәrin Cәnubi Qafqazda öz maraqları var. Bu problemlәrin hәllindә hәmin mәnafelәr tәmin olunmur. Siz heç zaman eyni fikrә gәlib bu mәsәlәni hәll edә bilmәyәcәksiniz. Nә qәdәr ki, biz sağıq gәrәk görüşlәr tәşkil edәk, oralara gedәk. Çünki biz orada yaşayan ermənilərlə bir-birimizi tanıyırıq. Siz bu problemin hәllini gәnc nәslin ixtiyatına buraxmamalısınız. Bәzәn yazılarınızdan elә anlaşılır ki, sanki ermәnilәr kimi düşünürsünüz. Amma işğala mәruz qalan Azәrbaycandır. Siz işğalı törәdәnlә, işğala mәruz qalanı fәrqlәndirmәlisiniz".

"Dağlıq Qarabağ məsələsində fikrimiz birdir"

Rusiya təmsilçisi İqor Popov isə həmsədrlərin Dağlıq Qarabağ məsələsində eyni mövqedən çıxış etdiklərini bir daha təsdiqləyib:
"Hәmsәdrlәrin yekdil fikri ondan ibarətdir ki, qaçqınlar doğma torpaqlarına qayıtmalıdır".
Bu mәsәlәlәrin prezidentlәrlә keçirilən görüşlәrdә müzakirә olunduğu deyən diplomat qeyd edib ki, danışıqlarda müzakirə predmetlərindən biri azәrbaycanlıların tәhlükәsizliyinin tәmin olunmasıdır. "Bu gün sәfәrimiz yekunlaşır. Sonda bir çox suallara cavab tapacaq bәyanatımız olacaq. Prezidentlәrin görüşünü müzakirә etdik. Prezidentlәrin görüş keçirmәk niyyәti var. Ümid edirәm ki, bu görüş ilin sonunadək baş tutacaq. "ABŞ vә Fransadan olan hәmkarlarımızla beynəlxalq mәsәlәlərlə bağlı fikir ayrılığımız var. Amma Dağlıq Qarabağ mәsәlәsindә fikrimiz birdir", - deyə o vurğulayıb.
İqor Popov həmsədrlərin Dağlıq Qarabağda hәbsdә olan Şahbaz Quliyevlə Dilqəm Əsgərovun mәsәlәsi ilə məşğul olduqlarını desə də, mәsәlәnin çox çəti olduğunu bildirib.