İtaliyanın Sardiniya adasında 20 fərqli yerdə meşə yanğınları başlayıb Dünya

İtaliyanın Sardiniya adasında 20 fərqli yerdə meşə yanğınları başlayıb

İtaliyanın Sardiniya Adasında baş verən 20 meşə yanğınına həm qurudan, həm də havadan müdaxilələrin davam etdiyi bildirilib.

Xalqcebhesi.az xəbər verir ki, Sardiniya Adasında 20 müxtəlif nöqtədə kiçik və böyük miqyaslı meşə yanğınları baş verib. Yanğından təsirlənən Barumini, Sindia və San Sperate bölgələrində alovların təhlükə yaratdığı, xüsusilə adanın mərkəzində yerləşən Barumini qəsəbəsinin kənd ərazisində vəziyyətin ciddi olduğu qeyd olunub. Baruminidə 2 yanğınsöndürmə təyyarəsi və bir neçə helikopterin havadan söndürmə işlərinə qatıldığı bildirilib.

Yanğının ətrafdakı kolluq ərazilərə əlavə olaraq kənd təsərrüfatı sahələrinə və bəzi fermalara da zərər verdiyi vurğulanıb. Yanğınla mübarizə işlərinin çətin relyef və təsirlənmiş sahənin genişliyi səbəbindən çətinliklə davam etdiyi qeyd olunub.

Məryəm Quliyeva