BAXCP sədri Tunisə yola düşüb Siyasət

BAXCP sədri Tunisə yola düşüb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP) Qüdrət Həsənquliyev Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (Alliance of European Conservatives and Reformists - AECR) Şurasının iclasında iştirak etmək üçün Tunisə yola düşüb.
Şuranın iclasında BAXCP sədrinin AECR-in Reykyavik bəyannaməsini imzalayacağı və partiyanın Alyansa tamhüquqlu üzv qəbul ediləcəyi gözlənilir.
BAXCP sədrini səfərdə onun beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli müşaiyət edir.
Xatırladaq ki, AECR-in bu il mayın 22-də Londonda keçirilən illik toplantısında BAXCP Alyansın üzvlüyünə namizəd kimi qəbul olunub.