MSK narazıların şikayətlərini geri qaytardı Siyasət

MSK narazıların şikayətlərini geri qaytardı

Dünən Mərkəzi Seçki Komissiyasında (MSK) noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılıb.
41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ələddin Abdullayev və 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Gülarə Həmidova MSK-ya müraciət edərək bu dairələrdə qanun pozuntularına yol verildiyini iddia ediblər və həmin dairələr üzrə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş ediblər.
İclasda bildirilib ki, müraciətlər MSK-ya qanunvericilikdə şikayətlərin baxılması üçün nəzərdə tutulan müddət bitəndən sonra göndərildiyi üçün geri qaytarılmalıdır.
Qərar səsverməyə çıxarılaraq MSK üzvləri tərəfindən qəbul edilib.