NATO baş katibindən çağırış Siyasət

NATO baş katibindən çağırış

"Tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsinə yol verməməlidir"

"Hazırda ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsi tərəflərinin iradə nümayiş etdirərək vəziyyətin gərginləşməsinə yol verməməsidir".
Bunu NATO baş katibi Yens Stoltenberq "Azadlıq" radiostansiyasına müsahibəsində deyib.
"Biz hazırda Azərbaycan və Dağlıq Qarabağdakı prosesləri diqqətlə izləyirik. Həm Azərbaycan, həm də Ermənistan NATO-nun tərəfdaşlarıdır və biz hər iki tərəflə əməkdaşlığı yüksək qiymətləndiririk", - deyə o qeyd edib.
Qeyd edək ki, NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya nümayəndəsi Ceyms Appaturayın fevralın 16-da Azərbaycana səfəri gözlənilir.