“Artıq ermənilərə heç kəsin etimadı qalmayıb” Siyasət

“Artıq ermənilərə heç kəsin etimadı qalmayıb”

Mübariz Əhmədoğlu: "Avrasiya İqtisadi İttifaqının İrəvanda keçiriləcək toplantısının Moskvaya təyin olunması da ermənilərə ciddi zərbə oldu"

Azərbaycan ordusunun aprel qələbəsi hələ də erməniləri qorxu altında saxlayır. Baxmayaraq ki, ermənilər uzun müddət öz orduları barədə "qalib əsgər" imici formalaşdırmışdılar, lakin baş verənlər göstərdi ki, düşmən tərəfin iddiası sabın köpüyündən başqa bir şey deyilmiş. Lakin Azərbaycan ordusunun hazırlığı, ölkə iqtisadiyyatının inkişafı, diplomatik gedişlər, balanslaşdırılmış xarici siyasət nəhayət ki, öz sözünü dedi.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu Azərbaycanın Qarabağ cəbhəsindəki son uğurlarının uzunmüddətli və sistemli hazırlıqların nəticəsi olduğunu deyib. O, Azərbaycan Ordusunun son günlərdə imza atdığı uğurları 1994-cü ildə gerçəkləşdirilmiş məşhur Horadiz əməliyyatına bənzədib: "Mən öncə Ordumuzun bu uğurlu əməliyyatları münasibəti ilə hər kəsi təbrik edir, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləyirəm". Politoloq bildirib ki, cəbhə xəttində baş vermiş son gərginlik zamanı dünya ölkələrinin Azərbaycanla həmrəylik nümayiş etdirmələri çox mühm məqamdır: "Əməliyyatlar başladıqdan sonra dünya ölkələrinin reaksiyalarını gördük - əksəriyyəti Azərbaycanın maraqlarına uyğun mövqe bildirdilər. Təsəvvür edin ki, hətta KTMT də Ermənistanla birgə təmsil olunan MDB ölkələri də ona nəinki dəstək vermədilər, əksinə lehinə olan mövqe tutdular. Buna misal kimi, Belarusun İrəvandakı səfirinə qarşı təzyiqləri xatırlatmaq kifayətdir. Ermənilər indiyə kimi hesab edirdilər ki, KTMT işğala və işğalçılığa dəstək verən qurumdur. Amma son hadisələr onların nə qədər yanıldıqlarını göstərdi. Eyni zamanda, Rusiya hakimiyyəti də Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatı zamanı müdaxilə hesab olunacaq mövqe açıqlamadı. Bunun əksinə olaraq, Rusiya mətbuatı – hətta dövlət mediası ermənilərin mövqeyini dəstəkləyən materiallar yayımlaladılar. Açıq deyirəm ki, hazırda rus xalqının milli mətbuatı yoxdur. Rus mətbuatına uzun müddət yəhudilər, hazırda isə ermənilər nəzarət etməkdədirlər. Ona görə də, Rusiya mediasının bu mövqeyi təəccüb doğurmur. Bir daha Rusiya hakimiyyətinin mövqeyinə qayıtmaq istəyirəm. Vladimir Putin Medvedyevi Bakıya səfərə göndərir. Bildiyiniz kimi, Medvedyevin İrəvana səfəri nəzərdə tutulsa da, onun Bakıya gəlişi gözlənilmirdi. Amma indi Putin onu da Bakıya göndərir. Digər tərəfdən, Avrasiya İqtisadi İttifaqının İrəvanda keçiriləcək toplantısının Moskvaya təyin olunması da ermənilərə ciddi zərbə oldu. Artıq ermənilərə heç kəsin etimadı qalmayıb. Ermənilər özlərini az qala "anadangəlmə hərbçi" olaraq göstərməyə çalışırdılar. Azərbaycan Ordusunun son zərbəsi ermənilərin bu mifini də sabun köpüyü kimi dağıtdı. Azərbaycan isə öz ərazi bütövlüyünü istənilən an bərpa etmək əzmini növbəti dəfə təsdiqlədi, Azərbaycan müstəqil qərarı ilə öz ərazi bütövlüyünü bərpa etmək iradəsini bütün dünyaya göstərdi. Düzdür, hazırda tərəflər arasında atəşkəs razılığı əldə olunub. Lakin bunun nə qədər davam edəcəyini qəti şəkildə söyləmək mümkün deyil. Aydın olan budur ki, Azərbaycan Ermənistana sarsıdıcı zərbə endirib və bu uğurunu davam etdirməyə hər an hazırdır".