“Azərbaycan ciddi əsaslar hazırlayıb” Siyasət

“Azərbaycan ciddi əsaslar hazırlayıb”

Erməni deputat: "Rəsmi Bakı beynəlxalq təzyiqə öz hüququnu təsbit edən sənədlərlə cavab verə bilər"

Azərbaycan kifayət qədər ciddi əsaslar hazırlayıb, beynəlxalq təzyiqə öz hüququnu təsbit edən sənədlərlə cavab verə bilər. Bu, təhlükəni artırır.
Bu sözləri Qarabağın müstəqilliyinin tanınmasından danışan Ermənistan Milli Məclisinin deputatı Suren Zolyan deyib.
Deputatın fikrincə, hakimiyyət münaqişənin həlli məsələsində dəqiq formalaşdırılmış yanaşma irəli sürmür, xalqı bir şəxs və ya hakimiyyət ətrafında birləşdirəcək addımlar atılmır, hakim siyasi komandanın fikirləri bir-birini inkar edir:
"Hələ ki məsələ müzakirə mərhələsindədir, hətta Ermənistan Respublika Partiyası elitasında. Əgər biz Ermənistan Respublika Partiyasının nə təklif etdiyini bilmiriksə, nəyin ətrafında birləşməliyik? Problem ondadır ki, deyəsən, onlar məsuliyyətdən yayınırlar. Vəziyyət çox ciddidir və qərarlar çox ağrılı olacaq".
Onun sözlərinə görə, hakimiyyətin artıq öz üzərinə məsuliyyət götürməli olduğu vaxt yetişib.