“Dağlıq Qarabağın statusu necə müəyyən olunmalıdır? Siyasət

“Dağlıq Qarabağın statusu necə müəyyən olunmalıdır?

Rusiya XİN-in sözçüsü aydınlıq gətirib

"Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ məsələsi istisnasız olaraq danışıqlar yolu ilə həll olunmalıdır".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib.
O bildirib ki, problem siyasi-diplomatik yolla həllini tapmalıdır: "Bir daha xatırlatmaq istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipləri arasında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2009-2013-cü illər ərzində qəbul etdikləri bəyanatları da var ki, həmin bəyanatlarda Dağlıq Qarabağın statusunun hüquqi baxımdan məcburi olan öz iradəsini ifadəetmə (referendum – APA.) əsasında müəyyənləşdirilməsi öz əksini tapıb. Biz öz tərəfimizdən vasitəçi kimi digər həmsədr ölkələrlə birlikdə tərəflərə bu məqsədi həyata keçirmək üçün bütün lazımı köməyi edəcəyimizə hazır olduğumuzu təsdiq edirik".
M. Zaxarova onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi daim Rusiya Xarici İşlər Nazirliyinin gündəliyində dayanır.