Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Biz heç kimin torpağına göz dikməmişik”

“Biz heç kimin torpağına göz dikməmişik” Siyasət

“Biz heç kimin torpağına göz dikməmişik”

Səməd Seyidov: "Öz torpağımızı separatçılardan, terroristlərdən, işğalçılardan azad edirik"


"Heç bir ordu xalq ilə birgə olmadığı halda heç vaxt qələbə əldə edə bilməz. Azərbaycan Ordusunun aprel ayındakı nailiyyətləri və işğal edilmiş torpaqlarımızın bir qisminin azad edilməsi məhz onu göstərdi ki, Azərbaycan Ordusu ilə xalq arasında və xalq, ordu, iqtidar arasında möhkəm, güclü, məntiqli və sarsıdılmaz birlik var". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. O, deyib ki, aprel döyüşləri Ermənistanın işğalçılıq siyasətinin regionda iflasını göstərdi: "Bu döyüşlər eyni zamanda, Ermənistan ordusu haqqında yaradılmış mifi tamamilə dağıtdı. Ən vacib məqamlardan biri isə odur ki, dünya ictimaiyyəti tərəfindən Azərbaycan əsgərinin öz torpaqlarının işğaldan azad edilməsi üçün gördüyü işlər bəyənilir. Biz heç kimin torpağına göz dikməmişik, biz öz torpağımızı separatçılardan, terroristlərdən, işğalçılardan azad edirik". S.Seyidov deyib ki, keçən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan torpaqlarının işğalı birtərəfli gedirdi: "Ermənistan Azərbaycan torpaqlarını işğal edirdi, biz isə müdafiə olunurduq. İndi isə proses başqa istiqamətdə, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində başlayıb. Mən əminəm ki, bu proses davam edəcək". Komitə sədri vurğulayıb ki, Azərbaycanın bu gün qazandığı qələbələr, nailiyyətlər ümummilli lider Heydər Əliyevin gördüyü işlər əsasında həyata keçirilib: "Burada bir məntiqli ardıcıllıq var və o məntiqli ardıcıllıq son hadisələrin belə cərəyan etməsinə səbəb olub. Çünki hər hansı bir cəmiyyətdə ordu, xalq və iqtidar arasında birliyi bir günün, iki günün içərisində əldə etmək mümkün deyil. Azərbaycanda isə bu birliyin yaranması ulu öndər Heydər Əliyevin yaratdığı düzgün bünövrənin əsasında mümkün olub və bu günki hadisələr bunu sübut edir". S.Seyidov vurğulayıb ki, Heydər Əliyevin böyüklüyü ondan ibarətdir ki, o, elə bir bünövrə yaradıb ki, Azərbaycan bu bünövrənin üzərində uzun illər gördüyü və görəcəyi işləri heç bir çətinlik olmadan həyata keçirəcək. S.Seyidov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin fəaliyyəti həm də müstəqilliyin ilk illərində Azərbaycanda təsadüfən hakimiyyətə gəlmiş qüvvələrin səriştəsizliyini göstərdi: "Ümummilli liderin gördüyü işlər xalqa əyani şəkildə xalqı idarə etmək cəhdi göstərən qüvvələrin səriştəsizliyini göstərərək ona düzgün yol işarə etdi. Yadınıza salın, müstəqilliyin ilk illərində hansı hərc-mərclik var idi? O münasibətlər ilə ordu nə isə edə bilərdi?! Əlbəttə yox. Əsgərin qəlbində olan vətənpərvərlik o vaxt da yüksək idi, bu gün də yüksəkdir. Ancaq bu vətənpərvərliyi düzgün istiqamətə yönəltmək siyasətçilərin vəzifəsidir. Ümummilli lider Heydər Əliyev gələnə qədər hakimiyyətdə olanların ən böyük günahı ondan ibarət idi ki, onlar xalqın enerjisini düşmənə yox, hərc-mərcliyə sərf edirdilər. Heydər Əliyevin böyüklüyü ondan ibarət idi ki, xalqın potensialını xalqın inkişafına, düşmənlərə qarşı yönəltdi. Ona görə də Azərbaycan bu günki uğurları əldə edir". S.Seyidov əldə edib ki, bu gün Azərbaycanda yüksək vətəndaş cəmiyyəti formalaşıb: "Prezident İlham Əliyevin fərmanları əsasında vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti xeyli yüngülləşdirilib və onlara köməklik, dəstək göstərilir, bu istiqmətdə proqramlar həyata keçirilir". S.Seyidov Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlardan da danışıb. O bildirib ki, Azərbaycan müstəqillik əldə etdiyi gündən o qədər də uzun müddət keçməsə də, Azərbaycan beynəlxalq proseslərin iştirakçısına çevrilib: "Beynəlxalq proseslərin iştirakçısı olmaq isə o deməkdir ki, dünyada qəbul olunmuş qanun-qaydalara uyğun davranış göstərməlisən. Qəbul olunmuş qayda-qanunlara uyğun fəaliyyət göstərib onu dəstəkləyəsən. Ümummilli lider Heydər Əliyevin dövründən başlayaraq bu günə qədər Azərbaycan beynəlxalq davranış qaydalarının inkişafı ilə məşğuldur. Elə götürək Dağlıq Qarabağ münaqişəsini. Biz dünyadan dünyanın qəbl etdiyi qanunun aliliyini tələb edirik. Ermənistan isə dünyanın qəbul etdiyi qayda-qanunu pozmaq istiqamətində fəaliyyət göstərir". S.Seyidov vurğulayıb ki, Azərbaycanın beynəlxalq səviyyədə iqtisadi müqavilələri də dünyanın qəbul etdiyi davranış formasıdır: "Azərbaycanın bütün sahələrdə, məsələn, mədəniyyət, multikulturalizm sahəsində əlaqələri BMT tərəfindən müəyyən edilən dəyərlər əsasında təşkil olunmuş əlaqələrdir. Bu münasibətlər son vaxtlar xüsusilə qəbul olunandır. Dünya alov içindədir və bu alovu daha da çoxaldan o qüvvələrdir ki, dünyanın qəbul etdiyi qanunlarla yaşamaq istəmirlər. Deməli, Azərbaycan bir nümunəyə çevrilmiş ölkə kimi başqaları üçün yaxşı örnək ola bilər ki, xalqlararası, dinlərarası, iqtisadiyyatlararası və ən çətini maraqlar içərisində siyasəti nə şəkildə qurmaq lazımdır ki, bu, xalqın inkişafına köməklik və təkan versin. Bu baxımdan Azərbaycanın apardığı siyasət nümunəvi bir siyasət kimi qiymətləndirilməlidir". S.Seyidov bildirib ki, Azərbaycanın bu uğurları ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda mövqeyini xeyli gücləndirir.